Azərbaycanda vəzifəli şəxs iş otağında qətlə yetirildi

Goranboyda qətl hadisəsi baş verib.APA-ya xəbər verir ki, hadisə Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) binasında baş verib.Mərkəzin direktoru, 1958-ci il təvəllüdlü Əhmədov Ziyad Ələs oğlu iş otağında bıçaqlanaraq qətlə yetirilib.Hadisəni törədən şəxs saxlanılıb. Onun kimliyi dəqiqləşdirilir.

***

Xəbər verdiyimiz kimi, Oktyabrın 8-i saat 13 radələrində Goranboy rayonu ərazisində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında həmin Mərkəzin direktoru 1964-cü il təvəllüdlü Ziyad Əhmədovun öldürülüb. 

 Goranboyda Dövlət Aqrar İnkişaf Mərkəzində qətl törədən şəxsin kimliyi bilinib.Goranboy ​​​​​​​Dövlət Aqrar İnkişaf Mərkəzinin direktorunu iş otağında qətlə yetirən şəxsin Bağırov Mirhadi Mirtağı oğlu olduğu bildirilir.29 yaşlı Mirhadi Bağırov Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzində mühasib işləyib. Hadisənin iş mübahisəsi zəminində baş verdiyi bildirilir.Məlumata görə, Mirhadi Bağırov təqaüddə olan polis polkovnik-leytenantı Mirtağı Bağırovun oğludur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR