AZAL Ermənistanın hava məkanından istifadə etməyə başladı

AZAL Ermənistanın hava məkanından istifadə etməyə başlayıb.Bu barədə AZAL məlumat verir.Qeyd edilir ki, Azərbaycan Hava Yolları oktyabrın 6-dan etibarən Bakı-Naxçıvan-Bakı daxili reysini həyata keçirərkən Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb:“Bu addım, Azərbaycanın bütün sərhəd ölkələrinin maraqlarına cavab verən nəqliyyat kommunikasiyalarının açılmasına qətiyyətlə hazır olduğunu nümayiş etdirir.Bakı-Naxçıvan-Bakı aviareysinin marşrutunun dəyişdirilməsi də bu istiqamətdə uçuş müddətinin, həmçinin uçuş zamanı yanacaq sərfinin azalmasına səbəb olacaq.Beləliklə, bundan sonra AZAL bu reysi yerinə yetirərkən Ermənistan və İran üzərindən keçən dəhlizlər daxil olmaqla bütün mövcud hava dəhlizlərindən istifadə edə bilər”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR