DÇ-2022: Azərbaycan millisi səfərdə Serbiyaya məğlub oldu – VİDEO

Futbol üzrə Azərbaycan millisi 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyununu keçirib.

Canni De Byazinin baş məşqçi olduğu kollektiv A qrupundakı 7-ci matçında Serbiya yığmasının qonağı olub. Belqraddakı “Rayko Mitiç” stadionunda oynanılan görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qrupun digər oyununda isə Portuqaliya evdə Lüksemburqu darmadağın edib – 5:0.

Bu nəticədən sonra xallarını 17-yə çatdıran Serbiya seçməsi liderliyə yüksəlib. Draqan Stoykoviçin başçılıq etdiyi kollektiv Portuqaliyadan 1 oyun çox keçirib. 1 xalı olan Azərbaycan millisi isə sonuncu sırada qərarlaşıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR