Görüş vaxtı açıqlandı

60748İlham Əliyev və Serj Sarkisyan oktyabrın 27-də Parisdə görüşəcəklər

Fransanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında görüş oktyabrın 27-də Parisdə olacaq.

ANS PRESS-in məlumatına görə, Fransanın Ermənistandakı səfiri Anri Reno bildirib ki, prezidentlərin Paris görüşündə ATƏT-in Minsk qrupunun həmsədrləri də qatılacaqlar. Fransa Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həllinə cəhd göstərir. Bu məqsədlə Fransa prezidenti Fransua Olland Parisdə Ermənistan və Azərbaycan prezidentlərini görüş keçirməyi təklif edib.

Xatırladaq ki, Prezident İlham Əliyev və Prezident Serj Sarkisyan ABŞ dövlət katibi Con Kerrinin iştirakı ilə sentyabrın 4-də Uelsdə görüşüblər. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR