Akif Səlimovun ferması və balıq gölləri –FOTOLAR

Безымянный copyBundan əvvəl Laçın RİH başçısı Akif Səlimovdan Qafqaznews.az saytına şikayət edən laçınlılar onun Taxtakörpü qəsəbəsi və ətrafında özünə biznes qurduğu, ferma və balıq gölləri saxladığını bildirmişdilər. Qafqaznews.az saytına daxil olan məlumata görə, A.Səlimov əhaliyə paylanmalı olan 500 hektardan çox torpaq sahəsini öz sərəncamına alıb və orda fermalar, balıq gölləri yaradıb. Onun iki balıq gölü saxladığını deyən sakinlər bildiriblər ki, özünə istirahət üçün həmin torpaqlarda lüks şərait quran A.Səlimov nə laçınlıların güzəranı, nə də Taxtakörpüdə yolların vəziyyəti, nə də kommunal problemlərlə maraqlanmır. Sakinlərin göndərdiyi fotoları oxuculara təqdim edirik. Sakinlərin sözlərinə görə, bu fotolarda A.Səlimovun zəbt etdiyi torpaq sahələri, balıq gölləri və ona bağlı olan fermanın tikililəri, eyni zamanda özünün istirahəti üçün tikdirdiyi mülk yer alır. Laçın sakinləri əlavə edirlər ki, A.Səlimov idarə müdirlərini başlı-başına buraxıb, hər ay onlardan hesab alıb fermasının inkişafına, şəxsi təsərrüfat obyektlərinin böyüməsinə xərcləyir.

Sənan Məmmədli

Qafqaznews.az

12557692_151024625270939_2040325522_o 12510704_151024521937616_965926100_o 12544013_151024688604266_1145823076_o
12545719_151024548604280_838612627_o
12557692_151024608604274_894785313_o

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR