Yeyib-içmək üçün ev yaran dəstə tutuldu – Aralarında azyaşlı da var

photo_57063Kəpəz TV (Region TV) xəbər verir ki, Abşeronda yeyib-içmək istəyən şəxslər oğurluğa əl atdı. Hadisə Abşeron rayonun Mehdiabad kəndində qeydə alınıb.

Mehdiabad polis bölməsinə müraciət edən vətəndaşlar evlərindən pul və qızıl zinət əşyalarının oğurlanmasını bildiriblər.

Əməliyyat axtarış tədbirləri nəticəsində Abşeron rayon polis idarəsi və Mehdiabad polis bölməsinin əməkdaşları həmin oğurluqları törətməkdə şübhəli bilinən qəsəbə sakinləri 19 yaşlı Nürəddin Orucov, 24 yaşlı Nihad Qəhramanov və bir azyaşlını saxlayıblar. Saxlanılan şəxslər dindirlmə zamanı yeyib-içmək üçün oğurluq etdiklərini etiraf ediblər.

Aşkar olunan faktlarla əlaqədar Abşeron rayon polis idarəsində CM oğurluq maddəsi ilə başlanan Cinayət işi üzrə araşdırmalar davam edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR