Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edilib.
“APA-Economics”in xəbərinə görə, bununla bağlı ölkə başçısıİlham Əliyev müvafiq sərəncam imzalayıb.
Prezidentin imzaladığı digər sərəncamla R. Quluzadə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsindən azad edilib.