Qafqaznews.az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Quru Qoşunlarının baş komandanı general-polkovnik Oleq Salyukov deyib.
“Hazırda Krımda quru qoşunlarımız yoxdur. Yarımadada təkcə Qara dəniz donanması var. Əgər bizə belə tapşırıq verilərsə, bunu yerinə yetirərik”, – general bildirib.
O, NATO-nun Şərqi Avropada hərbi təlimləri artırmasına cavab olaraq, Rusiyanın qərb və mərkəz bölgələrindəki qoşunları gücləndirəcəklərini açıqlayıb:
“2016-cı ildə qərb bölgəsində 3, mərkəzdə isə 1 yeni diviziya yaradılacaq”.
Qeyd edək ki, Krım 2014-cü ilin martında Rusiyaya ilhaq olunub.