İranda ölən Qorqud dəfn olundu (VİDEO)

20160125-180229link-300x225Qorqudun babası: “Kimyəvi iynədən sonra uşağın vəziyyəti pisləşdi”
Ağciyərinə düşən virus səbəbindən İran xəstəxanalarından birində dünyasını dəyişən azərbaycanlı körpə Qorqud Dadaşzadə dünən axşam saatlarında Cəlilabad rayonunun Boyxanlı kəndində dəfn olunub.
Təbriz şəhərində Kudəkan xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində bu il yanvarın 21-də dünyasını dəyişən 10 aylıq körpə Qorqud Dadaşzadənin meyidini Bİləsuvar gömrük keçid məntəqəsində uşağın valideynləri və yaxınları qarşılayıb.
Qorqudun babası Siyasət Quliyev İranda xəstəxanada üzləşdiyi problemlərdən də söz açıb: Qan vurmaqla uşağın vəziyyəti düzəlmişdi. Amma kimyəvi iynə vurulandan sonra pisləşdi. Gözlənilmədən xəstəxananın rəhbərliyi müalicə xərcləri üçün 15 min 500 manat pul istədi. Lazım olan məbləğ Bakıda adının çəkilməyini istəməyən bir şəxsin köməkliyi ilə ödəndi. Mən bir baba kimi ona minnətdarlığımı bildirirəm. (Region TV)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR