Tahir Əmiraslanov: “Nizami niyə Bərdəni tərifləyir, Gəncəni yox?“

rahirrKulisin kitabla bağlı suallarını Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov cavablandırıb

– Bədii ədəbiyyatla aranız necədir?
– Əla. Kaş ki, vaxtım daha çox olaydı.
– “Kulina” jurnalının baş redaktorusunuz. Sizcə, bir redaktor ədəbiyyat sahəsində nə qədər savadlı olmalıdır?
– Jurnalın çapı maliyyə yoxluğundan dayanıb. Hər bir mütəxəssis, rəhbər ən azı öz dilini, ədəbiyyatını bilməlidir
– Sizcə, kitab mədəniyyəti nə vaxt formalaşacaq bizdə? Hansı ki, sovet vaxtı bu normal idi.
– Bu təhsil sisteminin dəyişməsindən və bir az internet məkana münasibətin düzgün formalaşmasından asılıdır.
– Bəlkə elə birinci sənət adamlarından başlamaq lazımdır. Örnək olaraq…
– Əgər sənət adamlarından başlamaq lazımsa, onda onlar artıq sənət adamı deyillər. Yalnız elə görünürlər.
– Şeir əzbərləyirsiniz heç?
– Hərdən vaxt olanda… Gənclikdə Respublika Qiraətçilər yarışında laureat olmuşam .
– Azərbaycandan sevdiyiniz şeirlər, hekayələr, romanlar haqda da danışın mümkünsə.
– Nizami, Fizuli, Nəsimi, Şəms Təbrizi, Xətai, Xəqani, Şəbüstəri, Vaqif, Şəhriyar, Səməd Vurğun, Zəlimxan Yaqub, Sabir, Mirzə Əli Möcüz … saymaqla bitməz ki. Buna aylarla vaxt lazımdır.
– Dünya ədəbiyyatından sevdiyiniz əsərlər hansılardır?
– Xaricilərdən Rabindranat Taqor, Şalom Aleyxum, Mark Tven, Viktor Hüqo, Plutarx və s.
– Yeni dövr yazarlarımızdan kimi tanıyırsınız?
– Aqil Kəngərli, Validə Bəhmənli, Əli Əmirli, Qənirə Paşayeva, Munis, Nazilə xanım və s …
– Salman Ruşdini tayırsınız?
– Yalnız “Şeytan ayələri” ilə… Onu heç sevmədim.
– Sizcə niyə ciddi bir kitaba 5 manat verməyən azərbaycanlı saiti samitdən ayıra bilməyən toy müğənnisinə və tamadalara minlərlə manat sayır? Bu ciddi problemdir, yoxsa heç bir zərəri yoxdur?
– Əhalini, milləti kütlə olmağa qoymayan, onu xəlq edən cəmisi 3-5 faizlik ziyalı təbəqəsidir .
– Səmavi kitablardan hansıları oxumusunuz?
– İncil, Tövrat, Zəbur, Quran. Bunları öyrənməyə çalışıb təhlil etmişəm. Buddizmlə, sintoizmlə, şamanizmlə yaxından tanışam .
– Son olaraq həmkarlarınıza və sizi sevənlərə ədəbiyyatla, kitabla bağlı nə dəmək istəyirsiniz?
– Kitabları oxumayın, kitabları öyrənin. Məsələn, Nizami nağılbaz idimi ki, şeir formasında 5 nağıl yazıb. Niyə Nizamidən bəri hamı beşlik yazdı (“Xəmsə”) 3-lük, 7-lik yazmadılar? Niyə yazdığı beş poemanın hər birində Bərdəni tərifləyir, Gəncəni, Şamaxını yox, niyə qaniçən İsgəndərə peyğəmbərlik verilir və s.
Şəbüstərinin çox kiçik həcmli bir “Gülşəni–raz” əsəri var, 40-dan çox irihəcmli əsərlərdə onu şərh etməyə çalışırlar

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR