Azərbaycanda işsizlik müvainəti yaşayış minimumundan da aşağıdır

valyuta_manat_041Fevralın 3-də Nazirlər Kabinetinin qərarı ilə, “İşsizlik müavinətinin və peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləğinin təsdiq edilməsi haqqında” qərara dəyişiklik edilib.
İşsizlik müavinətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarının göndərişi ilə peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləği 55 manatdan artrılaraq 75 manata çatdırılıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvarın 1-də Azərbaycanda işsizlərin sayı 28 min 887 nəfərdir.
Onlardan cəmi 1543 nəfər müavinət alır.e76e86e0fc94
Bununla yanaşı, xatırladaq ki, Azərbaycanda aylıq yaşayış minimumu 136 manat müəyyən edilib. Almaniyada işsizlik müavinəti 2100 avrodur, yaşayış minimumu isə 700 avro olaraq müəyyən edilib.65408_src-1-300x226
ABŞ-da aylıq işsizlik müavinəti 1050 dollardır, yaşayış minimumu 1300 dollardır.
“Bunu şərh etmək mənə çətindir. İşsizlik müavinəti yaşayış minimumundan – 136 manatdan aşağı olmamalıdır. İşsizlik müavinətinin hansı əsasla 70-75 manat səviyyəsində müəyyən edildiyi məlum deyil”, – deyə iqtisadçı Azər Mehdiyev bildirib.
Azər Mehdiyev qeyd edib ki, bu gün bu məbləğə yaşamaq mümkün deyil: “Ona bu gün heç nə ala bilməzsən”.
Başqa bir iqtisadçı Oqtay Haqverdiyev isə bildirib ki, işsizlik müavinəti heç olmasa yaşayış minimumuna uyğunlaşdırılmalıdır.
“İşsizlərə çox az halda, xeyriyyə aksiyalarında nəsə verilir”, – deyə Oqtay Haqverdiyev əlavə edib.

R.Həsənoğlu

Qafqaznews.org

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR