İlham Əliyev Həsən Ruhanini təbrik etdi

3awUtXMI60lE“Qardaş İran xalqına sülh və rifah diləyirəm”.

Azərbaycan prezidenti İlham Əliyev iranlı həmkarı Həsən Ruhanini ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Qafqaznews.az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab prezident, İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi günü münasibətilə sizi və sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsinə uyğun olaraq qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz, ikitərəfli, regional və beynəlxalq çərçivədə əməkdaşlığımız bundan sonra da inkişaf edəcək və genişlənəcək.

Bu xoş gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına sülh və rifah diləyirəm”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR