Hadisə barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb
Bu gün Bakı şəhəri, Binəqədi rayonunda güclü yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayon ərazisində yerləşən 5 ədəd fərdi yaşayış evində yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının qüvvələri cəlb olunub. Yanğın saat 09:10-da söndürülüb. Əlavə məlumat veriləcək.