Uşaq bağçaları Təhsil Nazirliyinə qaytarılır – Yeni qanun layihəsi hazırlanır

1455516331_0001Məktəbəqədər təhsil müəssisələrinin yaxın zamanlarda yenıdən Təhsil Nazirliyinin tabeçiliyinə veriləcəyi barədə məlumatlar var. Saytımıza danışan ekspertlər qeyd ediblər ki, bu müəssisələr icra hakimiyyətlərinə veriləndən sonra xeyli problemlər yaşanıb. Hətta İcra hakimiyyətləri uşaq bağçalarına “JEK”lərə olan münasibəti göstərirlər.

Məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Modern.az saytına açıqlama verib.

O, qeyd edib ki, yaxın vaxtlarda “Məktəbəqədər təhsil müəssisələri haqqında” qanun layihəsinə baxılacaq.

“Bunun üçün işçi qrupu formalaşdırılıb, dünyada mövcud olan təcrübə öyrənilir, mütəxəssislər iş aparır:

“Yaxın günlərdə işçi qrupunun ilk iclası olacaq. Burada məktəbəqədər təhsillə bağlı ən geniş vəzifələr, məqsədlər, məktəbəqədər təhsilin əhatə dairəsi, strategiyası ilə bağlı məsələlər öz əksini tapacaq. Məktəqədər təhsil müəssisələrinin hansı icraedici orqanın tərkibində qalaması ölkə başçısının fərmanı və sərəncamı ilə müəyyən olunur və qanunvericiliyin subyekti deyil. Azərbaycanda məktəbəqədər proses bir müddət əvvəl keçmiş sistemdən yeni sistemə keçidlə əlaqədar durğunluq yaşayırdı. Son vaxtlar aparılan müşahidələr onu göstərir ki, Azərbaycanda məktəbəqədər təhsil şəbəkəsi genişlənir, məzmunca da konkret hədəflər alır. Bu istiqamətdə problemlər də var, amma inkişaf sürəti nəzərə çarpacaq səviyyədə gələcəyə nikbin baxmağa verir”.

Əldə etdiyimiz məlumata görə, yeni qanun layihəsinin müzakirəyə çıxarılması məhz məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinə qaytarılması üçündür.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR