Bakıda yüksək vəzifəli məmurun boğazını kəsdilər

1409655122_0001Nizami rayonunda qətlə yetirilən 50 yaşlı Fizuli Haqverdi oğlu İsgəndərov uzun müddət Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin rəisi Arif Qaraşevin müavini vəzifəsində çalışıb.

Moderator.az Vesti.Az-a istinadən xəbər verir ki, bu barədə Nizami rayon polis İdarəsində bildiriblər.

Xəbər verildiyi kimi sentyabr ayının 1-də səhər Fizuli İsgəndərov Babək prospektində yerləşən 17 nömrəli evin həyətində, qarajının yanında qətlə yetirilib. Hadisə adıçəkilən rayonun 24-cü polis bölməsinin ərazisində baş verib. Qatil onun boğazını kəsərək öldürüb.

Bununla yanaşı, qətlin digər təfərrüatları da məlum olub. Məlumat verilib ki, qatil maskada olub. O, qurbana 19 bıçaq zərbəsi vurduqdan sonra boğazını kəsib. Bıçaq zərbələrinin sayının çox olması İsgəndərovun müqavimət göstərməsindən xəbər verir.

Sonra cinayətkar binanın girişinə yönəlib və İsgəndərovun mənzilinə daxil olub. Evdə qətlə yetirilənin həyat yoldaşı olub.

Söhbət zamanı qadın, cinayətkarın ona hücum elədiyini və boğmağa çalışdığını bildirib. Qadın onun maskasını çıxararaq onu öldərməməsi üçün yalvarıb. O, bütün qızılları və pullaraı verəcəyini deyib. Qadını sağ buraxan cani hadisə yerindən qaçıb.

Xatırladaq ki, avqust ayının 29-da İsgəndərov qızına toy edib. İstintaq canini məhz bu səbəbdən evdə külli mqdarda pulun olacağını bildirərək, yönləndirən olduğunu ehtimal edir.

Qeyd edək ki, cinayətkarın görünüşə görə 20-25 yaşlarında biri olduğu bildirilib. Qatilin kimliyi müəyyənləşdirilməyib, bu istiqamətdə hal-hazırda istintaq-əməliyyat qrupu iş aparır

Fakt üzrə araşdırma davam edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR