Hadit Çevik: Türkiyə tək başına Suriyaya ordu yeritməyəcək

1454900572_1014431407Ankara beynəlxalq koalisiyanın tərkibində yerüstü əməliyyatlara başlayacaq.

Türkiyə hakimiyyəti Suriyaya tək başına ordu yeritməyə hazırlaşmır.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Türkiyənin BMT-dəki daimi nümayəndəsi Hadit Çevik bildirib.

O qeyd edib ki, Ankara Suriya ərazisində yerüstü əməliyyata yalnız beynəlxalq koalisiyanın tərkibində və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq sanksiyası əsasında başlayacaq.

Onun sözlərinə görə, türk tərəfi Suriyanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir, bununla yanaşı kürd silahlı qruplaşmaları tərəfindən atəşlərə cavab vermə haqqına malikdir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR