“Xaç atası“nın müəllifinin 45 qutuluq arxivi satıldı

hgghhgnTanınmış yazıçı, məşhur “Xaç atası” romanının müəllifi Mario Pyuzonun 1920-1999-cu illərədək yazdığı əsərlərin qeydləri, əlyazmaları saxlanılan şəxsi arxiv 625 min dollara satılıb

Xarici KİV-lərin yaydığı məlumata görə, yazıçının ailəsinin hərraca çıxardığı 45 qutu əlyazmanı adı anonim saxlanılan kolleksiyaçı alıb.
Əlyazmalar arasında “Xaç atası” romanının müxtəlif hissələri, romana aid yazıçının etdiyi bir çox qeydlər, həmçinin roman əsasında çəkilən filmin ssenarisi yer alıb.
Əlyazmalar arasında yazıçının məşhur “Xaç atası” filminin rejissoru Frensis Ford Koppolo ilə şəxsi yazışmaları, filmlə bağlı qeydləri də, yer alıb.
Xatırladaq ki, Mario Pyuzo Nyu-Yorkda italyan emiqrantının ailəsində dünyaya gəlib.
Yaradıcılığına jurnalist kimi başlayan yazıçı, 1969-cu ildə “Xaç atası” romanını yazıb. Dünyada məşhurlaşan roman əsasında çəkilən filmdən sonra yazıçının şöhrəti daha da, çoxalıb. Mario Pyuzo 1972-ci ildə “Xaç atası” filminin ssenari müəllifi kimi “Oskar” 1974-cü ildə filmin ikinci hissəsinin ssenarisinə görə yenidən “Oskar”a layiq görülüb. (report.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR