
Qafqaznews.az musavat.com-a istinadən xəbər verir ki, fəal sürüşmə zonalarından sayılan Günəşli qəsəbəsində avtomobil yolunda sürüşmə baş verib. Asfalt örtüyünün bir hissəsinin dağılması yolda uzun tıxacın yaranmasına səbəb olub.
Sürüşmə baş verdikdən sonra əraziyə “Azəryol” ASC-nin əməkdaşları cəlb olunub, ərazi torpaqla doldurulub, asfaltlanıb.