
Bu barədə Moderator.az “kp.ru”-ya istinadən xəbər verir.
Bu zərurət ondan irəli gəlir ki, “MKS” kontinetlər arası kosmik stansiya Ruslara məxsusdur və yerdən kosmosa uçan bütün tədqiqatçıların süni peyki həmin stansiyaya qoşulur.
Bu yeni proqramda iştirak etmək üçün qəbul başa çatıb. Komissiyanın seçdiyi kəslərin isimləri yalnız gələn il məlum olacaq. “NASA” xəbər verir ki, seçimdə üstünlük peşəkar pilotlara, mühəndislərə, həkimlərə və alimlərə veriləcək.
Qeyd edək ki, bu dəfə kosmosa uçmaq istəyənlərin sayı rekord təşkil edib. “NASA”-ya 18,3 mindən çox ərizə daxil olub. Bu rəqəm 2012-ci ildə keçirilən son seçimdən demək olar ki, üç dəfə çoxdur. Kosmosa uçmaq istəyənlərin sayının çoxluğu perspektivliyi ondadır ki, bu uçuşlarda iştirak edənlərdən hansınasa Marsı fəth etmək nəsib olacaq. Qırmızı planetə uçuş 2030-cu ilin ortalarına nəzərdə tutulur.