Ramiz Rzayevin qardaşı Qafqaz Xəbər Agentliyindən qisas alır

ramiz-rzayevv-mehkemeGəncə  Şəhər Nizami Rayon Məhkəməsinin hakimi Gündüz Şirinov bu işi kimlərin xətrinə icraata götürüb?

Qafqaznews.az-a Tovuz Gömrük İdarəsinin Rafiq adlı əməkdaşının Gəncə Gömrük İdarəsi ilə sövdələşməyə girərək, öz qohumuyla külli miqdarda əlvan metal ixracını gerçəkləşdirdiyi barədə məlumat daxil olub.
Qafqaznews.az xəbər verir ki, məlumatda bu işləri həmin əməkdaşın qohumlarına aid şirkətlə birlikdə gördüyü qeyd olunur. Azərbaycanda böhran simptomlarının və dollar ajiotajının qarşısını almaq üçün dövlətin bütün iqtisadi rıçaqları, Mərkəzi Bankın və Dövlət Neft Fondunun valyuta rezervləri səfərbər olunduğu zamanda bəzi işbazların belə davranması yolverilməzdir. Həmçinin, qeyd edək ki, dövlət başçımız da dəfələrlə məmurların biznesə qarışmasına və işbazlara himayədarlıq etməsinə qarşı çıxıb, bu cür hallara son qoymaq üçün dəfələrlə tapşırıqlar verib. Məsələyə nəzər saldıqda görünür ki, qadağan olunduğu halda, Rauf Rzayevin rəhbərlik etdiyi Gəncə Gömrük İdarəsi ölkə iqtisadiyyatını çökdürməyə xidmət edən addımlar atır.

“Camaloglu” kimi şirkətlər isə prezidentimizin iş adamlarına yaratdığı şəraitdən istifadə edir.. “Camaloglu LTD” şirkətinin fəaliyyətinə nəzər salsaq, bu şirkətin 06.11.2015 tarixində Gəncə Şəhər Ərazi Vergilər İdarəsindən VÖEN alaraq, “Farfor” adlanan zavodun həyətində standartlara cavab verməyən metaləritmə sexi qurması barədə məlumatlar da var. Mənbə bildirir ki, İqtisadiyyat Nazirliyinin Gəncə İdarəsi tərəfindən də həmin şirkətə latun külçələrinin hazırlanmasına dair  sertifikat verilib. Həmin “latun” adlanan külçələr isə bir tonun dəyəri 1670 dollardan hesablamaqla ixrac olunur, Türkiyədə isə “Yakup” şirkətinə tonu 3420 d12746378_1682751145318089_1951100347_nollara satılır. Məsələ ilə bağlı Gəncə Gömrük İdarəsi və Tovuz Gömrük İdarəsi ilə əlaqə saxlamağa çalışdıq, lakin cəhdlərimiz boşa çıxdı. Bir müddət keçəndən sonra, qarşı tərəf öz mövqeyini bildirmək yerinə, Qafqaz Xəbər Agentliyinə qarşı “müharibə”yə başladı. Bu yazıdan bərk qəzəblənən Gəncə Gömrük idarəsinin rəisi Rauf Rzayev Qafqaz Xəbər Agentliyini “Camaloglu LTD” şirkəti vasitəsi ilə məhkəməyə verib. “Camaloglu LTD” şirkəti Qafqaz Xəbər Agentliyindən 400 min manat pul tələb edir ki, guya onun işgüzar nüfuzuna xələl yetirilib. Apardığımız araşdırmalar nəticəsində Qafqaz Xəbər Agentliyinin Gəncə şəhəri Nizami rayonuna heç bir aidiyyatı olmadığı halda “Camaloglu LTD” şirkətinin iddiası Nizami rayon məhkəməsində hakim Şirinov Gündüz Əhməd oğlu tərəfindən baxılır.12736467_1682793545313849_633571472_n-1

Qafqaz Xəbər Agentliyinin icraçı direktoru Araz Məmmədov bizimlə söhbətdə bildirdi ki, bir neçə il bundan əvvəl Bakı şəhəri Səbail rayonunun ərazisində yerləşən “ “Mamounia” klubunda bir hadisə baş vermişdir. Həmin günün axşamı Ramiz Rzayev ölkə rəhbərliyi səviyyəsində bu məsələni qaldırmışdı və iri ranqlı məmurlardan biri cəzalandırılmışdı. Hətta “ Mamounia” klubu birdəfəlik fəaliyyətini dayandırdı. Ramiz Rzayev cənabları cəmiyyətdə tanınmış, hörmətli şəxs olduğu üçün cəmiyyət tərəfindən də “ Mamounia” klubunda baş verən hadisə çox mənfi qarşılandı. Bu günlərdə isə Qafqaz Xəbər Agentliyinə qarşı bir qrup məmur çirkin kampaniyaya start verib. Oxucuların nəzərinə çatdırmaq istəyirəm ki, Qafqaz Xəbər Agentliyinin missiyası dövlətçiliyə və milli maraqlara xidmət etməkdən ibarətdir. Və bizə qarşı bu cür kompaniyanın yetişməsini gördüyümüz halda, əlbəttə ki, Qafqaz Xəbər Agentliyinin kollektivindən ibarət jurnalistlər məcbur olub dövlət başçısına müraciət edəcəyik ki, bizə qarşı bir qrup məmur bu cür əməllərə əl atıblar. Bəlkə də, bizə qarşı aparılan kampaniyadan heç Ramiz Rzayevin xəbəri yoxdur. Qeyd edək ki, “Qafqaz Xəbər Agentliyi” MMC-nin hüquqi ünvanı Nəriman rayonu, faktiki ünvanı isə Xətai rayonuna aiddir.

Buna görə də, agentliklə bağlı hər hansı məhkəmə iddiası məhz aidiyyatı olan rayonun məhkəməsində baxılmalıdır. Xatırladaq ki, bu yaxınlarda Laçın RİH başçısı Akif Səlimov da Qafqaz Xəbər Agentliyinin baş redaktoru Anar Qasımov və əməkdaşımız Sənan Məmmədlidən Laçın Rayon Məhkəməsinə şikayət etmişdi. Lakin Laçın Rayon Məhkəməsinin hakimi Cavad İbrahimov icra başçısına yarınmağa çalışmamış, məhkəmə iddiasını aidiyyatı üzrə Xətai Rayon Məhkəməsinə göndərmişdi.

Təəssüf ki, “Camaloğlu” şirkətinin agentliyimizə qarşı qaldırdığı məhkəmə iddiası və hakimin addımları ilə bağlı eyni şeyi deyə bilmərik. Görünür ki, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin hakimi sadəcə Rauf Rzayevin yanında xal qazanmaq və gələcək karyerasını qurmaq üçün bizim işi öz icraatında saxlayıb. Yaxın günlərdə biz Gündüz Şirinovun hərəkətlərindən Məhkəmə Hüquq Şurasına da müraciət edəcəyik. Mövzunu diqqətdə saxlayırıq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Sözardı: Bəzi şəxslər bizi nə qədər ittiham etsələrdə, Qafqaz Xəbər Agentliyinin daim balansı qorumağa çalışması və qarşı tərəfin də mövqeyini dərc etmək prinsipinə sadiq qalması danılmaz həqiqətdir. Bizə qarşı “müharibə” başlanılırsa, biz ona da hazırıq.

Tamerlan Zeynallı

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR