Sumqayıtda 3 uşaq bağçasının rəhbərliyinə sonuncu xəbərdarlıq edilib

img2013535Sumqayıt şəhər 49 saylı bağçanın müdirəsi Sahibə Ağayeva şəhər İcra Hakimiyyəti tərəfindən cəzalandırılıb.
Bu barədə məlumatı qurumun sözçüsü İqrar Eyvazov təsdiqləyib.
O, virtualaz.org-a açıqlamasında bildirib ki, bağça müdirəsi cəzalandırılıb.
İ.Eyvazovun sözlərinə görə, işdə yol verdikləri məsuliyyətsizliyə və buraxdıqları nöqsanlara görə 3 bağça müdirəsinə sonuncu xəbərdarlıq olunub:”Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov 5, 49 və 51 saylı bağçaların müdirlərinə şiddətli töhmət verib və sonuncu dəfə işlərində dönüş yaradılması ilə bağlı xəbərdarlıq edib. Bundan sonra bağçalara nəzarət daha da gücləndirilib və bu məsələ diqqətdə saxlanılıb. Gələcəkdə hər hansı bir bağça müdirəsinin işində nöqsan olarsa, dərhal ciddi cəzalandırılacaq”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR