Kiyevdə Rusiya səfirliynin əməkdaşları tutuldu

62155_res_01Kiyevdə Rusiya səfirliyinin əməkdaşları saxlanılıblar. “Newsru.com” xəbər verir ki, səfirliyin mühafizə xidmətinin əməkdaşları avqustun 28-də kafedən çıxarkən polislər onları saxlayıb. Saxlanılanlardan biri də səfirin şəxsi mühafizəçisidir. Onları qumbara saxlamaqda ittiham ediblər.

Rusiya Xarici İşlər Nazirliyi hadisə ilə bağlı bəyanat yayaraq Kiyevi beynəlxalq konvensiyalara riayət etməyə çağırıb.

“Diplomatik pasport təqdim etmələrinə baxmayaraq, onlar kaferdən çıxarkən uydurma əsasla saxlanlıblar: guya, üzərlərində qumbara olub. Biz səfirlik əməkdaşlarının dərhal azal olunmasını tələb edirik”, – deyə nazirliyin bəyanatında bildirilir.(azadliq.info)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR