Ombudsman Aparatının əməkdaşı rəsm müsabiqəsi qaliblərinin təltifetmə mərasimində iştirak etmişdir

1379910976_w1sizisjeymzkwmi8xmzy2mju5mdg4qefsl0swyjwiwidgh1bwilczmjz4mjewyjdxqYasamal bələdiyyəsi Yasamal rayon 24 saylı Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzi ilə birgə “Mən və mənim hüquqlarım” mövzusunda təşkil etdiyi rəsm müsabiqəsi qaliblərinin təltifetmə mərasimi keçirilmişdir. Mərasimdə Ombudsman Aparatının və digər dövlət orqanlarının əməkdaşları, QHT-lərin nümayəndələri, habelə müəllimlər, şagirdlər və valideynlər iştirak etmişlər.

Tədbirin təşkilatçıları rəsm müsabiqəsinin məqsəd və məramı haqqında məlumat vermiş, müsabiqədə üç yaş kateqoriyası üzrə 1000-dək uşağıın iştirak etdiyi bildirilmişdir.

Ombudsman Aparatının şöbə müdiri Faiq Ağayev tədbirdə çıxış edərək, ölkəmizdə uşaqların mənafelərinin qorunmasına, onların hüquqlarının təmin olunmasına və istedadlarının aşkar edilməsinə xüsusi önəm verildiyini vurğulamışdır.

O, Müvəkkil Elmira Süleymanovanın uşaq hüquqları sahəsində çoxşaxəli fəaliyyəti barədə məlumat vermiş, uşaq hüquqları mövzusunda silsilə maarifləndirmə tədbirlərinin təşkil olunduğunu bildirmişdir. Hər il Ombudsmanın təşəbbüsü ilə 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü  münasibətilə ənənəvi olaraq “Mən və hüquqlarım” mövzusunda uşaq rəsm müsabiqələrinin keçirildiyi, Bakı şəhəri ilə yanaşı, ölkəmizin çoxsaylı şəhər və rayon məktəblilərinin qatıldığı müsabiqədə qaliblərə sertifikat və mükafatların təqdim edildiyi bildirilmişdir.

F.Ağayev bu gün təltifetmə mərasimi keçirilən müsabiqənin təşkil olunmasının şagirdlərin dünya görüşlərinin genişlənməsinə, onların bilik və bacarıqlarının artırılmasına, hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafına, uşaq hüquqlarına dair dolğun məlumat almalarına, vətənpərvərlik ruhunda tərbiyə olunmalarına və layiqli vətəndaş kimi formalaşmalarına təkan verdiyini qeyd etmişdir.

Aparatın əməkdaşı rəsm müsabiqəsinin qaliblərini Müvəkkilin adından təbrik etmiş, onlara təhsillərində və yaradıcılıq fəaliyyətində uğurlar arzulamışdır.

Tədbirdə hər yaş qrupunda I, II və III yerlər üzrə qaliblərə və rəsmləri xüsusi fərqləndirilən 15 uşağa sertifikat və hədiyyələr, habelə müsabiqədə iştiraka görə 100-dən artıq şagirdə sertifikatlar verilmişdir.

Qafqaznews.az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR