İntihar edən direktorun MƏKTUBU tapıldı

413087Ötən gün Lerik rayonunun Veri Əliabad kəndində dəhşətli cinayət hadisəsi baş verib.

Kənd məktəbinin direktoru Adil Rəhimov həmyerlisi, 36 yaşlı Seyid Qurbanovun evinə gələrək, əvvəlcə ov tüfəngi ilə evə atəş açıb. Daha sonra atəş səslərinə yuxudan ayılan Seyid Qurbanova evinin içində 5 bıçaq zərbəsi endirib.

Hadisəni törədən Adil Rəhimov daha sonra kənd qəbiristanlığına gedərək, qardaşının məzarı üzərində özünə ov tüfəngi ilə atəş açaraq intihar edib.

Qafqaznews.az bildirir ki, intihar edən direktorunun qohumu və müəllim Mir İsmayıl Vahabov azvision.az-a açıqlamasında hadisənin torpaq üstündə baş verdiyini deyib.

“Adil ziyalı insan idi. Onun torpağını Seyid Qurbanov zəbt etmişdi. Adil isə torpağın qanuni şəkildə ona məxusus olduğunu bildirib. Məhkəmə də həmin torpaq sahəsinin Adilə məxusus olması ilə bağlı qərar qəbul edib. Məhkəminin onun xeyrinə qərar verməsinə baxmayaraq Adil belə bir dəhşətli addım atmamalı idi. Adil Seyidə 5 bıçaq zərbəsi vurub. Özü isə qardaşının məzarı önündə intihar edib”.

Müsahibin sözlərinə görə, A.Rəhimov intihar etməmişdən öncə ailəsinə məktub yazıb.

“Adilin iki qızı evlidir, oğlu isə icra hakimiyyətində işləyir. Adillə Seyid qohumdurlar. Aralarındakı torpaq mübahisəsi isə 5-6 ay olar ki davam edirdi. Mübahisəyə bütün qohumlar qarışmışdılar.

Adilin cibindən məktub tapılıb. Məktubu hüquq-müafizə qoranları tərəfindən götürülüb. O, məktubda ailəsini, övladlarını çox istədiyini yazıb. Adilin nəşi Bakıda atasının məzarının yanında dəfn edilib”.

Qeyd edək ki, zərərçəkən Seyid Qurbanov Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Dərhal onun üzərində cərrahiyyə əməliyyatı edilib.

Hazırda vəziyyəti orta-ağır olaraq qalır. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR