Məzarlıq, yoxsa zibilxana..? – FOTOLAR

img2022105“Burada kənd camaatının yaxınları yatır. Qədim tarixi olan sərdabələr var. Belə yerdə zibilxana olar?”
Bu sözləri qəsəbənin şikayətçi sakinləri musavat.com-un reportyoruna deyiblər.
Məsələ burasındadır ki, Zığ qəsəbəsinin qəbiristanlığının giriş hissəsi zibilxanaya çevrilib. Zibil qutuları dolub-daşır. Amma onları daşıyıb, aparan yoxdur. Beləliklə, gün-gündən zibillərin tutduğu ərazi genişlənir və getdikcə məzarlığın qapısını zibillər qapadır.
Sakinlərin sözlərinə görə, bu hal ilk dəfə deyil: “Artıq neçənci dəfədir ki, buranı zibillik bürüyür. Amma zibilləri daşıyan yoxdur. Tez-tez daşınsa, belə olmaz. Ayıbdır, axı… Bu məzarlıqda bizim yaxınlarımız var. Tarixi sərdabələr var. Canlılara hörmət etmirlərsə, heç olmasa, onların ruhuna hörmət etsinlər.
Ac itlər gecə vaxtı zibil dolu paketləri cırırlar ki, yeməyə bir şey tapsınlar. Beləliklə zibillər daha çox ətrafa səpələnir. Zibil daşınmadığı üçün camaat bəzən məcbur qalıb, onları yandırırlar. Amma bu, olmaz. Ərazi açıqlıqdır. Külək tutan yerdir. Dəhşətli yanğın ola bilər. Buna görə də, elan yapışdırmışıq”.
Qəsəbə sakinlərini sadəcə, zibillərin daşınmaması narahat etmir: “Burada niyə zibilxana olmalıdır? Məzarlığın yanında zibilxana olarmı? Təbii ki, olmaz. Havalar getdikcə isinir. Bunlar zibilləri vaxtlı-vaxtında daşımamaqda davam etsələr, yayda üfunət iyindən burada dayanmaq olmaz. Əslində, bu, xırda məsələdir. Sadəcə, işləmək lazımdır. Biz kimdənsə artıq bir şey istəmirik ki, sadəcə, öz vəzifə borclarını yerinə yetirsinlər.
Hə, bəhanə edə bilərlər ki, zibillik hündür yerdədir. Zibil maşını buraya qalxmaqda çətinlik çəkir. Ona da cavabımız var. Zibilliyi buradan ləğv etsinlər. Daha əlverişli yerdə olsun. Həm bizə rahat olsun, həm də onlara…”
Məsələ ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinə sorğu göndərdik. Amma hələ də bu barədə qarşı tərəfdən heç bir rəsmi cavab gəlməyib.
Sorğumuza cavab gələcəyi halda onu dərc etməyə hazırıq. img2022105 5c058c442c16 7b29851001a1 586748322c2a c6592d14f4c1 f03200bee0a4

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR