DİN-in mayoru qəza törətdi

131721_res_01Daxili İşlər Nazirliyinin bölük komandiri qəzaya düşüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib. M.Hüseynzadə küçəsi ilə hərəkətdə olan DİN-in Baş Mühafizə İdarəsinin Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının bölük komandiri, polis mayoru 1967-ci il təvəllüdlü İlham Kərimovun idarə etdiyi “Mercedes E-240” markalı avtomobil Bakı sakini 1965-ci il təvəllüdlü Pənah Əhmədovun idarə etdiyi “Niva” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində İ.Kərimov xəsarət alıb. O, DİN-in Hospitalına yerləşdirilib.

Araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR