“Borcunuz var, ödəniş edin” deyən şəxs, ev sahibini aldadıb – FOTOLAR, VİDEO

img2024789“Hər ay ödəniş edirəm. Amma yenə də mənə borc yazıblar”.

Bu sözləri musavat.com-un reportyoruna Ağaqədeş Mürşüdov deyib.

A.Mürşüdov Sabunçu rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsi 108 ünvanında yaşayır. Onun sözlərinə görə, “Azərişıq” ASC-nin Pərviz adlı əməkdaşı ondan pul alıb, amma qəbz verməyib.

“Narahat olmayın, qəbzinizi gətirəcəyəm” deyən Pərviz adlı şəxs, bir dəfə 50 manat, bir dəfə də 30 manat olmaqla, iki dəfə pul alıb, amma qəbz verməyib.

Bu yaxınlarda isə məlum olub ki, həmin şəxs aldığı pulu A.Mürşüdovun hesabına yatırmayıb. Buna görə də, “Azərişıq” ASC-dən gələn elektriklər onun evinə gedən elektrik naqillərini kəsiblər.

Yaranan hay-küydən sonra yenidən elektrik enerjisinin verilməsi bərpa edilib. A.Mürşüdov deyir ki, o, hər ay ödəniş edib, amma adında 3000 manat borc var: “Ya özüm, ya da oğlum aylıq ödəniş etmişik. Əllimizdə bütün qəbzlər var. Amma deyirlər ki, köhnədən borcunuz qalıb. O da nə az, nə çox, düz 3000 manat… Bu, “köhnədən qalan borc” sözü bitmək bilmir. Kimdə əvvəl sayğac olmayıbsa, ona külli miqdarda borc yazıblar. Mən illərlə müəllim işləmişəm. Heç bir tələbəmdən 1 qəpik də olsun, rüşvət almamışam. Bununla da fəxr edirəm. Amma bu, Pərviz adlı insanlıqdan uzaq şəxs məni aldadıb. 80 manat pulumu “yeyib”. İndiki zamanda 80 manat az puldur? 50 manat məndən aldı, amma qəbz vermədi. Sonra oğlum evdə olub. Ondan da 30 manat alıb və deyib ki, “Sabah qəbzi gətirib, ağsaqqala verəcəyəm”. Hələ də gəlməyib. Niyə mən ödəniş edə-edə işığım kəsilməlidir? Biz kimə inanaq?”

Şikayətçinin sözlərinə görə, maddi imkanları aşağı da olsa, elektrik borclarını ödəyirlər: “Qəsəbədə hamı kasıbdır. Çox adam işləmir. Amma buna baxmayaraq, aylıq ödəniş etməyə çalışırıq. Ola bilər ki, az da olsa, borc olsun. Amma bu, o demək deyil ki, biz ödəniş etmirik. Sayğac olmayan vaxtlar üçün 10 dəfə artıq borc yazıblar. Onları heç kim ödəyə bilməz. Mən ayda nə qədər təqaüd alıram ki, onu da borca verim? Üstəlik, düzgün hesablanmayan borc… İmkan tapdıqca ödəniş edirəm. Onu da bu formada ciblərinə qoyurlar”.

A.Mürşüdov deyir ki, 80 manat aldadılandan sonra artıq ödənişi poçt vasitəsi ilə edirlər: “Bu, mənə dərs olub. Oğluma tapşırmışam. Bütün ödənişləri ancaq poçtdan etsin. Əks halda, bu fırıldaqçılar adamı aldadır. Gəlirlər ki, “Borcunuz var. İşığı kəsirik. Ya da 40-50 manat verin. Borcdan silək”. Biz də canımızın dərdindən veririk. Amma sonradan məlum olur ki, o pul hesaba yatmayıb. Bunların qarınlarına yatıb. Niyə idarə öz işçilərinə nəzarət etmir?”img2024789 6abe06aa22ef 28c1e5bbba24 97b0bf10d7e0 091708bcd475 5811603bb358 a68b4d593120 b2724a5a9e5d d21714149340 e654726c17c7

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR