“Medilux”dakı ölüm hadisəsini “unutdurmağa” Vaqif Məmişov köməklik edəcək? – İDDİA

Безымянный copyXocalı faciəsi ildönümündə konsert verən, konsulumuzu şərləyən milyarder bu dəfə Dilqəm Məhərrəmovun hamisi oldu?

 Vidadi Əhmədovun kürəkəni arxayın gəzir, Təranə Müseyibovanın ailəsi isə hələ də istintaqın gedişi və ekspertiza rəyi barədə məlumat ala bilmir

Bundan əvvəl də xəbər verdiyimiz kimi, yanvarın 10-da Bakının“Medilux” klinikasında əməliyyat olunan 1967-ci il təvəllüdlü, Tovuz rayonu sakini, Təranə Vaqif qızı Müseyibova elə klinikada dünyasını dəyişib. Qafqaznews.az bildirir ki, vəfat edən qadının qohumları Qafqaz Xəbər Agentliyinə müraciət edərək, məsələni araşdırmağı və problemi işıqlandırmağı xahiş ediblər. Həmçinin, bu günlərdə redaksiyamıza yenidən müraciət edən mərhumun yaxınları istintaq prosesinin ləng getməsindən, ekspertiza nəticələrinin açıqlanmasının yubadılmasından narahatlıq qeyd ediblər. Biz məsələ ilə bağlı araşdırma aparmağa, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” ETT Birliyindən də eskpertiza nəticələrini öyrənməyə çalışdıq. Ordan bizi prokurorluq orqanlarına yönəltdilər. Son 2 ay ərzində bir neçə dəfə istintaq gedişiylə məlumat almağa çalışsaq da, hələ bir nəticə yoxdur. Qeyd edək ki, işi Nərimanov Rayon Prokurorluğu araşdırır (mərhumun yaxınlarının dediyinə görə, iş Ceyhun adlı müstəntiqdədir – red.) Mərhum Təranə Müseyibovanın qohumları da işin yubadıldığını, ölüm hadisəsində günahı olanların məsuliyyətə cəlb olunmadığını vurğulayıblar.Bezy-myanny-j-copy-22-388x198

Şikayətçi qohumlar əmindirlər ki, T.Müseyibova məhz həkimin uğursuz əməliyyatı və səhlənkarlığı nəticəsində həlak olub. Onlar cərrah Dilqəm Məhərrəmovun məsuliyyətə cəlb edilməsini, ölüm hadisəsinin araşdırılmasını tələb edirlər. Ötən yazılarımızın birində də qeyd etmişdik ki, vəfat edən qadının ailəsi və övladları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə də müraciət ediblər.

Ötən gün isə T.Müseyibovanın qardaşı Asif Vaqif oğlu Ağayev bacısının ölümündəki “qaranlıq” məqamların qanuni çərçivədə araşdırılması və ədalətin yerini tapması məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyevə məktub yazıb. Şikayətçinin sözlərinə görə, klinikadan bildiriblər ki, guya, onun trombu olub: “Əgər belə idisə, nə üçün əməliyyata alınırdı? Beləliklə, cərrah Dilqəm Məhərrəmov məsuliyyəti öz üzərindən atmağa çalışır. Hətta bəzi yerlərdə bildirir ki, “mən yuxarı yerlərlə danışmışam, ekspertiza mənim əleyhimə rəy çıxarmayacaq”. Hazırda Nərimanov Rayon Prokurorluğunda olan işin araşdırılması da, ekspertiza nəticələri də gecikir”. Bu günlərdə isə cərrah Dilqəm Məhərrəmovla bağlı ilginç bir məlumat əldə etdik.
f8(28032014)Belə ki, məlumat verən mənbə, D.Məhərrəmovun tanınmış milyarder tərəfindən “qorunduğunu” bildirib. Mənbənin sözlərinə görə, onun qayınatası tovuzlu iş adamı, “Turan” Futbol Klubunun sabiq prezidenti Vidadi Əhmədovdur, V.Əhmədovun SOCAR-da çalışan oğlu isə bu yaxınlarda Rusiyada tanınmış iş adamı, milyarder Vaqif Məmişovun kürəkəni olacaq. Qeyd olunur ki, bu, son illərdə “kasıbladığı” deyilən Vidadi Əhmədov üçün olduğu qədər, həm də D.Məhərrəmov üçün də yeni imkanlar açacaq: “Gələcək qudalar Dilqəmi arxayın ediblər ki, heç nədən narahat olmasın, onun bu “problem”ini yoluna qoyacaqlar”.скачанные файлы

Vaqif Məmişov Sankt-Peterburqda diaspora rəhbəri və tanınmış iş adamı kimi tanınır. Eyni zamanda, onun haqqında KİV-dəki məlumatlara nəzər salsaq, bir neçə il əvvəl azərbaycanlı diplomat Qüdsi Osmanovun “zorlama” ilə şərlənməsində də V.Məmişovun adı hallanır. O, həmçinin bir müddət Xocalı Faciəsi ildönümündə konsert verməsinə görə də mətbuatın müzakirə obyektinə çevrilmişdi. 2011-ci il iyun ayında Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq Baş Təhqiqat İdarəsinin yaydığı məlumatda deyilir: “Aprelin əvvəllərində Sankt-Peterburq Baş Daxili İşlər İdarəsinə Əliyeva Q. və Səmədzadə Aybəniz tərəfindən məlumat daxil olub, onları Azərbaycanın Sankt-Peterburqda baş konsulu tərəfindən təcavüzə məruz qaldıqları bildiriblər. Materialın araşdırılması zamanı məlum olub ki, bu məlumatlar yalandır və böhtan xarakteri daşıyır. Hər iki qızın ifadələrində obyektiv məlumatlar və işdə marağı olmayan şəxslərin izahatları arasında ziddiyyət aşkarlanıb. Qızların tanışları və qohumları yalan danışmağa meylli, cəmiyyətə xas olmayan həyat tərzi keçirən şəxslər kimi xarakterizə olunur”.

Bundan başqa, təhqiqat zamanı Aybəniz Səmədzadənin spirtli içki və narkotik maddələr istifadəçisi olduğu, yaşadığı ünvanlardan, o cümlədən öz evlərindən pul oğurladığı müəyyənləşib. Qərarda bildirilir ki, yalan məlumatların verilməsinin təşkilində şübhəli bilinən Vaqif Məmişov izahat alınmaq üçün dəfələrlə istintaqa çağırılıb, lakin müxtəlif səbəbləri əsas gətirərək ifadə verməyə gəlməyib: “Eyni zamanda təhqiqat materiallarında həmin şəxsin daha bir qızın baş konsul tərəfindən təcavüzə məruz qaldığı barədə yalan ifadəyə məcbur edilməsi, bunun müqabilində ona on minlərlə dollar pul təklif edilməsi, 15 min rubl avans verilməsinə bağlılığını təsdiqləyən dəlillər, o cümlədən audioyazı materialları var. Hazırda bu faktla bağlı Baş Təhqiqat İdarəsində yoxlama aparılır”.Снимок

Araşdırma zamanı Nərmin Eyvazova adlı qadının Qüdsi Osmanovun əleyhinə ifadə verməyə məcbur edildiyini təsdiqləyən materiallar, dəlillər aşkarlanıb. Bundan başqa Vaqif Məmişovun Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunda referent işləyən qadınla görüşdüyünü, baş konsul tərəfindən guya zorlandığı barədə ifadə verməsi müqabilində ona çoxlu pul, yaxşı maaşlı iş boyun olub, xəstə anasını müalicə etdirəcəyinə söz verib. Vaqif Məmişov həmçinin lazım olarsa həmin qadını mühafizəçi ilə təmin etməyə də razılaşıb. Lakin konsulluqda referent işləyən həmin qadın Vaqif Məmişovun vədlərini qəbul etməyib və Qüdsi Osmanovun əleyhinə ifadə verməkdən imtina edib”.vaqif_mamisev

V.Məmişovun Rusiya mətbuatına verdiyi başqa bir müsahibəsində bu sözlər yer alır: “Elə hallar olur ki, bura gələn azərbaycanlılar kömək üçün bizə müraciət edirlər. Hərçənd ki, onlarla konsulluq məşğul olmalıdır. Əlimizdən gələn qədər kömək edirik, ancaq bizim də vəsaitlərimiz və imkanlarımız məhduddur. Məsələn, hansısa xəstəlikləri olan adamlar gəlirlər, müalicə üçün 100 min avro istəyirlər. Axı biz belələrinə necə kömək edə bilərik? Minimal olaraq əlimizdən gələn qədər hamıya kömək etməyə çalışırıq”. Görünür ki, bir diplomatı şərləmək, “torba” tikmək, ölüm hadisəsini unutdurmaq, günahkarları himayə etmək üçün pul tapılır, amma qarşılıqsız yaxşılıqlar üçün yox…

Yuxarıda Nərmin Eyvazova ilə bağlı bir məlumatdan hər şey aydın görünür: milyarder “müəyyən xidmət” qarşılığında onun anasını müalicə etdirməyə hazır imiş, amma kömək istəyən həmvətənlərindən narazıdır. Hərçənd, V.Məmişovun o vaxtdan bəri cinayət məsuliyyətindən kənarda qalması da suallar doğurur. Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Sənan Məmmədli

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR