
Peskov Putinin Krıma ən yaxın səfərində bu görüşün baş tutması üçün cəhd göstərəcəklərini bildirib.
“Əlbəttə, bu arzu barədə prezidentə məlumat verəcəyik və sözsüz ki, Vladimir Putinin Krıma ən yaxın səfərində belə bir görüşün baş tutmasına cəhd edəcəyik”, – Peskov deyib.
Lakin prezidentin mətbuat katibi Rusiya liderinin Krıma səfərinin tarixini dəqiqləşdirməkdən imtina edib.
Qeyd edək ki, Krımda yerləşən Anton Çexovun ev muzeyində işləyən 88 yaşlı qadın Alla Xanilo Rusiya prezidenti Vladimir Putin, müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrovun əllərini sıxmaq arzusunu ifadə edib.
“Mən həmişə deyirdim ki, ən çox Rusiyaya qayıdacağı günü istəyirəm”, – yaşlı qadın söyləyib.
Alla Xanilo 60 ildən çoxdur ki, muzeydə işləyir.
Dünən “İzvestiya” nəşri Putinin 18 martda Krıma səfər edəcəyini yazıb. Nəşrin yazdığına görə, səfər Krımın Rusiyaya birləşməsinin ikinci ildönümünə həsr olunacaq.(Publika.az )