Azərbaycanlı milyarderi tutan prokurora – “Türk arağı istəyirsinizmi?”

74527İran əsilli azərbaycanlı milyarder Rza Zərrabı həbs etdirən məşhur prokuror Prit Bhararaya türkiyəli izləyicilər Tvitterdə çoxlu tvitlər atıb.
Moderator.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, izləyicilər Bhararaya “Türkiyədən istədiyiniz bir şey varmı? Türk arağı, şiş kabab, lokum, türk xalçası… İstəməyiniz yetərlidir, xidmətinizdəyik” tipli mesajlar göndərib.
Prokuror P. Bhararanın isə izləyicilərinə cavabı gecikməyib. O isə cavab olaraq “Şiş kababı sevirəm, amma işimi gördüyüm üçün bu cür hədiyyələri qəbul edə  biləcəyimi düşünmürəm” deyə bildirib.
Qeyd edək ki, son hadisədən sonra onun izləyicilərinin sayı 115 mini keçib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR