Bakıda bınada yanğın baş verib, 30 nəfər təxliyyə olunub

yangin_7899Bakıda bınada yanğın baş verib

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda hazırda məcburi köçkünlərinin məskunlaşdığı birmərtəbəli inzibati binanın dam örtüyünün yanar konstruksiyaları 720 kv.m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı mənzillərdən 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.

Yanğın saat 02:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR