Ukraynada “Luqansk Xalq Respublikası”nın azərbaycanlı prokuroru barəsində cinayət işi qaldırılıb

553c6460013a2e41bc65017fcba4c9a3Ukraynada Azərbaycan diasporunun fəallarından olan Rauf İsmayılovun oğlu Zaur İsmayılov növbəti dəfə “Luqansk Xalq Respublikası”nın baş prokuroru seçilib.

Luqanskdakı Azərbaycan diasporundan APA-ya verilən məlumata görə, Z. İsmayılovun təyinatı tanınmamış respublikanın rəhbərliyi tərəfindən təqdim olunub.

Bildirilir ki, Ukrayna Baş Prokurorluğu Z. İsmayılov barəsində cinayət işi qaldırıb və onu axtarışa verib. Z. İsmayılovun atası R. İsmayılov əslən Mingəçevir şəhərindəndir və Ukraynanın şərqində müharibə başlayanadək Luqansk Azərbaycanlıları Konqresinin fəallarından olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR