“Ehtiyatda olan polis zabitləri döyüşə hazırdır”

edited_ed8cbf93-c21f-424e-a35c-1c15795961d2Mahmud Rasimoğlu: “Ali Baş komandanın əmrini gözləyirik”

“Ehtiyatda olan polis zabitləri hər an cəbhə xəttinə yola düşüb əsgərlərimizlə çiyin-çiyinə döyüşməyə hazırdır”.

Bu sözləri Qafqaznews.az saytına ehtiyatda olan polis zabiti “Qafqaz Xəbər Agentliyi” MMC-nin baş direktoru Mahmud Rasimoğlu (Tağıyev) deyib. O, bizim əməkdaşımızla söhbət zamanı bildirib ki, vaxtilə polis sistemində əməliyyat sahəsində xidmət edərək, cinayətkarlıqla mübarizə aparıb. M.Rasimoğlu polis orqanlarından uzaqlaşdıqdan sonra, “Qafqaz Xəbər Agentliyi” MMC və “Qafqaz Hüquq Mərkəzi” MMC təsis edərək  cəmiyyətdəki problemlərin həlli istiqamətində işlər görməyə çalışıb.2016-04-03 13.57.26

“Hətta DİN-dən təqaüdə çıxan peşəkar polis zabitlərini, hərbçiləri bu şirkətlərlə əməkdaşlıq etməyə dəvət etmişəm və əminəm ki, onların hamısı yüksək səviyyədə vətənə xidmətini davam etdirəcək. Əsas işimiz vətəndaşların hüquqlarını müdafiəsi və onların sosial problemlərinin həllində onlara yardımçı olmaqdır.

Dünəndən cəbhə bölgəsində atəşgahın pozulduğunu və bizim tərəfdən hərbçilərmizin şəhid olduğunu nəzərə alaraq, biz ehtiyatda olan polis zabitləri döyüşə hazır olduğumuzu bildirib, Ali Baş Komandanımızın əmrini gözləyirik”, – deyə M.Rasimoğlu əlavə edib. Agentlik rəhbəri vurğulayıb ki, vətənpərvər insanlar cəbhədəki gərginliyə biganə qala bilmir, hər kəs bacardığı kimi vətən borcunu ödəməyə çalışır: “Əlbəttə, hər an döyüşə hazırıq. Əminəm ki, xalqımızda hərbi vətənpərvərlik ruhu yüksək səviyyədədir. Gənclərimizin çoxu cəbhə bölgəsinə getmək üçün səbirsizlənir. Lakin hazırda təmkinli olmaq, dövlət başçısının əmrini gözləmək lazımdır. Mətbuatdakı həmkarlarımı isə təxribatlardan və dezinformasiyalardan uzaq olmağa çağırıram. Biz yalnız xəbər yazıb paylaşmırıq, həm də informasiya müharibəsi aparırıq və buraxdığımız hər xırda səhvə görə məsuliyyət daşımalıyıq”.

İmran Kərimli

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR