Valideynlər “xərac” ödəməkdən imtina edirlər

baAzərbaycanda məmurlar “hər şeyə qadir” kasta qalmaqda davam edir. Onların gücünə tabe olmayanlar isə təqibə məruz qalırlar. Bu günlərdə kavkazkews.az saytına 38 saylı Uşaq Bağçasının tərbiyəçisi Aynur Mahmudova müraciət edib. “Martın 3-də mən 38 saylı bağçanın direktoru Sədaqət Qəribova tərəfindən qeyri-peşəkarlıq bəhanəsi ilə qovulmuşam. Amma işdən çıxarılmağımın əsl səbəbi o idi ki, mən uşaqların valideynlərindən “aylıq” toplamaqdan imtina etmişdim”, – deyə A.Mahmudova bildirib. A.Mahmudovanın sözlərinə görə, “aylığ”ın məbləği 30-50 manatdır. “Bu pulun yığılması ilə tərbiyəçilər məşğul olur. Pullar direktor Sədaqət Qəribovaya verilir.

S.Qəribova bəyan edir ki, onun arximg1264930asında sabiq deputat Ərəstun Cavadov durur”, – deyə A.Mahmudova vurğulayıb. Sabiq tərbiyəçi kavkazkews.az-a bildirib ki, cari normalara görə, uşaq bağçasında hər qrup 20 uşaqdan ibarət olmalıdır: “Amma faktiki olaraq, hər qrupda 30-a yaxın şagird var. Buna görə də, bəzən uşaqların ikisi bir çarpayıda yatmalı olur”. 38 saylı Uşaq Bağçasının direktoru Sədaqət Qəribova isə A.Mahmudovanın sözlərini kavkazkews.az-a belə şərh edib: “Onun dedikləri tamamilə yalandır”

12957126_969750096424566_132449918_n-1“38 saylı Uşaq Bağçasında heç bir “aylıq” yığımı yoxdur. Hər qrup qaydalara uyğun olaraq 20 uşaqdan ibarətdir. Bizdə iki uşağın bir çarpayıda yatması halı yoxdur”, – deyə direktor kavkaznews.az-a bildirib. Biz həmçinin sözügedən məktəbəqədər təhsil müəssisəsindəki uşaqların valideynlərinin fikrini öyrənməyə çalışdıq. “Həqiqətən də, normalara görə hər qrup 20 uşaqdan ibarət olmalıdır. Amma faktiki olaraq hər qrupda 30 uşaq var”, – deyə valideyn Aytən Hüseynova bildirib. “Amma hər uşaq bağçasında dövri olaraq müxtəlif yoxlamalar aparılır. Yəni, yoxlama zamanı “artıq” uşaqları qeydə almaq mümkün olmayıb?” – deyə əməkdaşımız soruşdu. “Yoxlamalar olanda “artıq” uşaqları başqa uşaq bağçasına aparırlar, sonra isə yenidən gətirirlər”, – deyə A.Hüseynova cavablandırıb. Onun sözlərinə görə, 38 saylı Uşaq Bağçasında uşaqlar normal qidalanmırlar.

Günel Abbasova adlı valideyn də Aynur Mahmudovanın sözlərini təsdiqləyib “Bizdən hər ay 30 manat “xərac” toplanılır, həmçinin bağçanın xərclərini də qarşılamalı oluruq. Bağçada dezinfeksiya aparılmır. Göy öskürək halları valideynlərdən gizlədilir. Dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət eləmişik, amma bizim şikayətlərimizə diqqət ayıran olmayıb”, – deyə valideyn qeyd edib. Valideynlərin sözlərinə görə, bağçaya uşaq qoymaq 300-400 manata başa gəlir,bir qrupdan başqa qrupa köçürmənin “qiyməti” isə 100 manatdır.

 Rəşad Rüstəmov

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR