Bakı meriyası və Dövlət Əmək Müfəttişliyi korrupsiyanı himayə edir?

Bezy-myanny-j-copy-38Azərbaycanda məmurlar “hər şeyə qadir” kasta qalmaqda davam edir. Onların gücünə tabe olmayanlar isə təqibə məruz qalırlar. Bu günlərdə kavkazkews.az saytına 38 saylı Uşaq Bağçasının tərbiyəçisi Aynur Mahmudova müraciət edib. “Martın 3-də mən 38 saylı bağçanın direktoru Sədaqət Qəribova tərəfindən qeyri-peşəkarlıq bəhanəsi ilə qovulmuşam. Amma işdən çıxarılmağımın əsl səbəbi o idi ki, mən uşaqların valideynlərindən “aylıq” toplamaqdan imtina etmişdim”, – deyə A.Mahmudova bildirib. A.Mahmudovanın sözlərinə görə, “aylığ”ın məbləği 30-50 manatdır. “Bu pulun yığılması ilə tərbiyəçilər məşğul olur. Pullar direktor Sədaqət Qəribovaya verilir. S.Qəribova bəyan edir ki, onun arxasında sabiq deputat Ərəstun Cavadov durur”, – deyə A.Mahmudova vurğulayıb. Sabiq tərbiyəçi kavkazkews.az-a bildirib ki, cari normalara görə, uşaq bağçasında hər qrup 20 uşaqdan ibarət olmalıdır: “Amma faktiki olaraq, hər qrupda 30-a yaxın şagird var. Buna görə də, bəzən uşaqların ikisi bir çarpayıda yatmalı olur”.img1264930

38 saylı Uşaq Bağçasının direktoru Sədaqət Qəribova isə A.Mahmudovanın sözlərini kavkazkews.az-a belə şərh edib: “Onun dedikləri tamamilə yalandır. 38 saylı Uşaq Bağçasında heç bir “aylıq” yığımı yoxdur. Hər qrup qaydalara uyğun olaraq 20 uşaqdan ibarətdir. Bizdə iki uşağın bir çarpayıda yatması halı yoxdur”, – deyə direktor kavkaznews.az-a bildirib. Biz həmçinin sözügedən məktəbəqədər təhsil müəssisəsindəki uşaqların valideynlərinin fikrini öyrənməyə çalışdıq. “Həqiqətən də, normalara görə hər qrup 20 uşaqdan ibarət olmalıdır. Amma faktiki olaraq hər qrupda 30 uşaq var”, – deyə valideyn Aytən Hüseynova bildirib.

“Amma hər uşaq bağçasında dövri olaraq müxtəlif yoxlamalar aparılır. Yəni, yoxlama zamanı “artıq” uşaqları qeydə almaq mümkün olmayıb?” – deyə əməkdaşımız soruşdu. “Yoxlamalar olanda “artıq” uşaqları başqa uşaq bağçasına aparırlar, sonra isə yenidən gətirirlər”, – deyə A.Hüseynova cavablandırıb.

12957126_969750096424566_132449918_n-1Onun sözlərinə görə, 38 saylı Uşaq Bağçasında uşaqlar normal qidalanmırlar. Günel Abbasova adlı valideyn də Aynur Mahmudovanın sözlərini təsdiqləyib “Bizdən hər ay 30 manat “xərac” toplanılır, həmçinin bağçanın xərclərini də qarşılamalı oluruq. Bağçada dezinfeksiya aparılmır. Göy öskürək halları valideynlərdən gizlədilir. Dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət eləmişik, amma bizim şikayətlərimizə diqqət ayıran olmayıb”, – deyə valideyn qeyd edib. Valideynlərin sözlərinə görə, bağçaya uşaq qoymaq 300-400 manata başa gəlir,bir qrupdan başqa qrupa köçürmənin “qiyməti” isə 100 manatdır.

Aynur Mahmudova aprelin 5-də Uşaq Evləri və Məktəbəqədər Müəssisələr İdarəsinin rəisi Eldar Yunusovun qəbuluna çağırılıb. “Mən ona dedim ki, 38 saylı uşaq bağçasında korrupsiya hökm sürür və mən özüm də valideynlərdən pul toplamaq istəmədiyimə görə işdən çıxarılmışam. Cavabında Eldar Yunusov bildirdi ki, mənə heç cür kömək edə bilməz”, – deyə A.Mahmudova qeyd edib. Onun sözlərinə görə, E.Yunusov məsləhət görüb ki, müxtəlif KİV-lərə şikayət etməsin.

“Eldar Yunusov mənə dedi ki, bizi maraqlandırmır, haqqımızda nə yazırlar” – deyə A.Mahmudova kavkaznews.az-a bildirib. A.Mahmudova həmçinin Dövlət Əmək Müfəttişliyinin əməkdaşları ilə görüşündən danışıb: “Mənə dedilər ki, mənim işdən çıxarılmağım zamanı heç bir əmək hüququ pozuntusu olmayıb”. Kavkaznews.az olaraq  Dövlət Əmək Müfəttişliyinin əməkdaşları ilə əlaqə saxladıq, soyadını bildirməyən Telman adlı əməkdaş bu sözləri dedi: “Biz Aynur Mahmudovaya yazılı cavab verdik, məktubda bildirilir ki, onun əmək müqaviləsi yerli həmkarlar komitəsinin qərarı əsasında, direktorun əmri ilə ləğv olunub. Məktubda qeyd etmişik ki, işəgötürən və işçi arasındakı əmək müqaviləsinin pozulmasına dair mübahisəli məsələlər məhkəmə qaydasında həll olunur”.

Əməkdaşımız soruşub: “Siz niyə yerli həmkarlar komitəsinin qərarının obyektiv olub olmadığını yoxlamadınız?”

“Sizə kim deyib ki, yoxlamadıq?” – deyə Telman müəllim suala sualla cavab verib.

“Ayda 50 manat pul yığıldığını deyən valideynlərlə görüşdünüzmü?” – deyə soruşduq.skachanny-e-fajly-1-224

“Biz Aynur Mahmudovaya rəsmi cavab verdik. Əgər bizim cavabımız onu qane etmirsə, məhkəməyə müraciət edə bilər. Biz yoxlamanın detalları ilə bağlı sizin suallarınıza cavab vermək məcburiyyətində deyilik”, – deyə DƏM əməkdaşı cavab verib. “Siz məcbur deylilsiniz? Dövlət başçısı İlham Əliyevin tapşırıqlarını eşitmisiniz? Prezident bütün məmurların müxbirlərə cavab verməli olduğunu deyib. Siz dövlət başçısı ilə razı deyilsiniz?” – deyə yenə sual verdik. Telman müəllim cavab vermədi və dəstəyi asdı. Mətbuat Şurasının üzvü Azər Həsrət bildirdi ki, məmurlardan jurnalistlərə cavab verməyi “İnformasiya haqqında” Qanun tələb edir. “Bu qanuna görə, əgər informasiya dövlət sirri deyilsə, məmurlar jurnalistlərə cavab verməlidir”, – deyə Azər Həsrət vurğulayıb.

Rəşad Rüstəmov

 Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR