Astroloji proqnoz – 13 aprel

1460405894_oroskop-i-astroprognoz-na-zavtra-19.03.2016Qoç – Şəxsi münasibətlərdə meydana çıxan mübahisəli situasiyalar qismən də olsa, qaydasına düşəcək. Sakitliyinizi qoruyun.

Buğa – Şəxsi məqsədləriniz üçün müəyyən ünvanlara baş çəkməli olacaqsınız. Əmin olun ki, sizə kömək edənlər tapılacaq.

Əkizlər – O qədər də uğurlu gün deyil. Əsas diqqətinizi maliyyə problemlərinə və səhhətinizə yönəldin.

Xərçəng – Çalışın ki, yaranmış konfliktləri sülhə doğru istiqamətləndirəsiniz. Səhhətinizə fikir verin.

Şir – Hava ürəkaçan olsa, nəzərdə tutduğunuz işlər də qaydasında gedəcək. Özünüzü gərginliyə salmayın.

Qız – Fikir və düşüncələrinizdə qətiyyətli olsanız, hər hansı problemlə rastlaşmayacaqsınız. Məntiqlə hərəkət edin.

Tərəzi – İşgüzar sövdələşmələrdə iştirak etmək və gələcək planları götür-qoy etmək üçün səmərəli gündür. Axşamı sevdiyiniz insanlara həsr edin.

Əqrəb – Kənardan kömək göstərən olmasa, hansısa cəhdiniz baştutmayacaq. Axşam qonaq getmək olar.

Oxatan – Riskli gündür. Aldığınız qərarlar yaxın gələcək üçün taleyinizi həll edə bilər.

Oğlaq – Xoş gündür. Lakin işgüzar sövdələşmə və müzakirələrinizi bir kənara qoymalısınız.

Dolça – Maliyyə problemlərinə görə darıxmayın. Bu gün evlə bağlı maneələrin həllinə çalışmalısınız.

Balıq – Qarşınızda duran öhdəliklərin çoxluğu sizi qəhərləndirməsin. Dözümlü olun.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR