Azərbaycanda şəhidlərin məzarları fərqli olacaq – VİDEO

2Artıq bir neçə təklif irəli sürülüb

Vətən uğrunda canından keçənlər, şəhidlik zirvəsinə yüksələnlər bu adla hamıdan fərqlənirlər.

Qafqaznews.az xezerxeber.com-a istinadən xəbər verir ki, bundan sonra onların məzarları da fərqlənəcək.

Harda dəfn olunduğundan asılı olmayaraq, onların məzarında şəhid olduğunu bildirən xüsusi əlamətlər olacaq.

Şəhidlərin məzarları digər məzarlardan fərqlənəcək. Bununla bağlı artıq bir neçə təklif irəli sürülüb. Təkliflər Nazirlər Kabinetində müzakirə olunduqdan sonra yekun bir təklif qəbul olunacaq və bundan sonra bütün şəhidlərin məzarları seçiləcək.

Şəhidlərin məzarlarının fərqləndirilməsi üçün müxtəlif versiyalarda təkliflər var. Bunlardan biri Türkiyədə olduğu kimi şəhid məzarlarında ay-ulduzun həkk olunması və ya abidəsinin qoyulmasıdır.

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyir ki, bu hal qanun predimeti deyil, təkliflər Prezidentin sərəncamı və ya Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilə bilər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR