Azərbaycanda hava şəraiti dəyişəcək – XƏBƏRDARLIQ

b0154735-4a70-4180-adf8-1d39fe30d3bfHavanın temperaturu 3-5 dərəcə aşağı enəcək.

Aprelin 16-sı axşam, 17-də gün ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu aprelin 17-də ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR