Zeynal Məmmədli: “Saytın bağlanması pis xəbər oldu”

f523b050ccdeÖtən ilin noyabrın 16-da Ankara vilayətinin Gölbaşı mahalının məhkəməsi Rusiyanın “Sputnik” agentliyinin yayımını Türkiyədə məhdudlaşdırmaq barədə qərar çıxarmışdı. Agentliyin saytı Türkiyədə aprelin 14-də məhdudlaşdırılıb. Gölbaşı məhkəməsinin qərarına görə, saytın məhdudlaşdırılması barədə qərar əsaslıdır və mili təhlükəsizliyin, ictimai asayişin qorunmasına yönəldilib (Anadolu Ajansı). RİA Novosti isə məlumat verib ki, “Sputnik” aprelin 15-də Türkiyədə müvəqqəti olaraq məhddulaşdırılıb. Türkiyənin Telekommunikasiya və Rabitə İdarəsindən bildiriblər ki, son qərarı məhkəmə verəcək. Bu agentliyin Türkiyədə məhdudlaşdırılması Rusiya prezidenti Vladimir Putinin canlı yayımından sonra baş verib. “İnternews”un eksperti Zeynal Məmmədli kavkaznews.az-a bildirib ki, istənilən saytın bağlanması və ya məhdudlaşdırılması pis xəbərdir. Zeynal Məmmədli bildirib ki, Türkiyədə söz və mətbuat azadlığı ilə bağlı problemlər var.

“Bu yaxınlarda ABŞ Dövlət Departamenti Türkiyədə media azadlığının məhdudlaşdırılması ilə bağlə narahatlığını ifadə etmişdi”, – deyə ekspert bildirib. Zeynal Məmmədli inanmır ki, söz azadlığının məhdudlaşdırılması davamlı ola bilər: “Bu ölkədə çoxsaylı partiyalar var və mətbuat azadlığının bu ölkədə müzakirələrə yol açacağı qaçılmazdır”.

O bildirib ki, Türkiyə mətbuatını izləyir. “Güman ki, bu lap təzə məlumatdır. Şərh etmək çətindir, çünki bu tarixçənin detalları mənə naməlumdur”, – deyə Z.Məmmədli əlavə edib.

Rəşad Rüstəmov

Kavkaznews.az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR