Zakir Qaralov Türkiyə Ali Məhkəməsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

78937Azərbaycanda səfərdə olan Türkiyə Ali Məhkəməsinin sədri İsmayıl Rüştü Ciritin rəhbərlik etdiyi, tərkibinə Ali Məhkəmənin baş prokuroru Mehmet Akarca və digər məsul əməkdaşların daxil olduğu nümayəndə heyəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olub.

Baş Prokurorluğun mətbuat xidmətindən Qafqaznews.az a verilən məlumata görə, baş prokuror Zakir Qaralov ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən qanunvericilik və institusional, cinayət təqibi və qabaqlayıcı tədbirlər barədə, habelə Baş İdarənin strukturu və fəaliyyət istiqamətlərinə dair məlumat verib.

Z. Qaralov korrupsiyaya qarşı mübarizədə bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasına və daha da inkişaf etdirilməsinə daim böyük önəm verildiyini diqqətə çatdırıb. Baş prokuror korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədi ilə iki ölkə prokurorluqları arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini xüsusi qeyd edib.

Sonra Türkiyə nümayəndə heyəti milli memarlıq üslubunda və müasir standartlar səviyyəsində inşa edilmiş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında müxtəlif səviyyəli konfransların və tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş iclas zalları, normativ-hüquqi aktlarla zəngin və digər dövlət orqanlarının elektron kitabxanalarına çıxışla təmin edilmiş kitabxana, kriminalistika otağı, müasir proqram təminatı ilə təchiz edilmiş 161 saylı “Qaynar xətt” əlaqə mərkəzi, dövlət orqanlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi, vətəndaşların qəbulu otağı ilə yaxından tanış olub. Baş İdarədə yaradılmış yüksək iş şəraitindən məmnunluğunu ifadə edən İ. Cirit ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirib.

57c62aa5c6a15657c25bf8fba2156848 8730758d06003979c42de246bdc5c603

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR