Nazirliyin əlillərin iş problemi ilə bağlı proqramı yoxdur

selim_muslimov_qebul_290914_01-1Aprelin 8-də əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirmişdi ki, on günlər ərzində Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar zamanı torpaq uğrunda şəhid olan şəxslərin yaxınlarının, o cümlədən əlil olanların maddi təminatı qanunvericiliklə nəzərdə tutulmuş qaydada aparılacaq: “ Onlara həm prezident təqaüdləri, həm də müvafiq müavinətlərə veriləcək. Bundan başqa, həmin şəxslərin avtomobil və mənzil təminatı da həyata keçiriləcək. Bu məsələdə heç bir problem ola bilməz”, – deyə nazir bildirib.

S.Müslümovun əlavə edib ki, şəhidlərin qeydiyyatda olduğu rayonların İcra Hakimiyyətləri onlara şəhidlik statusunun verilməsi, o cümlədən adlarının əbədiləşdirilməsi barədə lazımi sənədləri nazirliyə təqdim etməlidir. “Bu gün hospitallarda müalicə alan qəhrəman oğullarımız var. Təbii, biz dua edirik ki, onlar tezliklə sağalıb ayağa qalxsınlar. Əgər onların hər hansı bir qüsuru olarsa, bu zaman onlara əlilik qrupunun verilməsi müvafiq qaydada aparılacaq”, – deyə S. Müslümov bildirib (APA).

“Qarabağ Müharibəsi Veteranları Birliyi”nin sədri Etimad Əsədov kavkaznews.az saytına bildirib ki, bu gün əlillərin əsas problemlərindən biri də işədüzəlmə məsələsidir. “Qarabağ Müharibəsi Veteranlarının əksəriyyəti indiyə qədər işlə təmin olunmayıblar. Əlillərin 1407126461-300x179məşğulluq problemini həll etmək Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin öhdəsindədir. Nazirliyin Məşğulluq İdarəsi əlillərin yalnız cüzi hissəsini işlə təmin edə bilib. Amma əksəriyyətin işsizlik problemi hələ də həllini tapmayıb. ƏƏSMN-in müharibə veteranlarını işlə təmin etmək üçün xüsusi proqramı yoxdur”, – deyə Etimad Əsədov kavkaznews.az saytına bildirib.elman_babayev_081013-1

Öyrənməyə çalışdıq, son döyüşlərdə xəsarət və əlillik alan əsgərlərin işlə təmin olunması üçün ƏƏSMN hansı addımlar atacaq? Bu suala cavab tapmaq üçün ƏƏSMN-in mətbuat xidmətinin rəhbəri Elman Babayevlə əlaqə saxlamağa çalışdıq. Lakin həmişəki kimi, E.Babayev bizim zənglərimizə cavab vermədi. O zaman biz “Qaynar Xətt”ə müraciət etməli olduq. ƏƏSMN-in Sosial Ekspertiza Şöbəsinin əməkdaşı Cavanşir Xələfov bizə bildirib ki, son döyüşlərdə əlillik qazanan hərbçilər işlə təmin olunacaqlar. “Onda niyə nazirlik Qarabağda bundan əvvəlki döyüşlərdə əlillik alanları işlə təmin etməyib?” – deyə jurnalist soruşub.

“Məşğulluq şöbəsinə zəng edin. Orda sizin suallara cavab verəcəklər”, – deyə C.Xələfov cavab verib. Məşğulluq şöbəsinin Ramin adlı əməkdaşı (bizə soyadını bildirməyib – red.) sualımızı dinlədikdən sonra bizə dedi ki, yarım saatdan sonra zəng edək. Lakin yarım saat sonra belə əlaqə saxlamaq mümkün olmadı.

Sözardı: Biz çox istərdik ki, ƏƏSMN-in mətbuat xidmətinin rəhbəri Elman Babayevin nə qədər maaş aldığını da öyrənək. Bu sual heç də yersiz deyil. Bu ilin yanvarından etibarən, biz dəfələrlə Elman Babayevlə əlaqə yaratmağa çalışmışıq, amma onun iş və mobil telefon nömrələrində zəngimizə cavab verən olmur. Ona görə də, çox maraqlıdır, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi heç bir iş görməməyə görə mətbuat katibinə nə qədər maaş verir?…

Rəşad Rüstəmov

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR