NZS pivə zavodundan polis rəisinə şikayət olundu

13036435_1706606079599262_1052915951_oXətaidə özbaşınalıq tüğyan edir, sahibkarların şikayətini dinləyən tapılmır

Xətai rayonundan bir qrup sahibkar Qafqaz Xəbər Agentliyinin redaksiyasına müraciət ediblər. Müraciətdə deyilir ki, onlar Xətai rayonunun ərazisində sahibkarlıq fəaliyyəti ilə məşqul olaraq, kafe sistemində NZS pivə zavodunun istehsal etdiyi pivə problemi ilə üzləşiblər. Belə ki, sahibkarlar Qafqaznews.az-a bildiriblər ki, onlar dəfələrlə NZS pivə zavodunun Xətai rayonu üzrə ekspeditoru Asif adlı şəxsə kafelərinə pivə aparatı quraşdırılmağı ilə bağlı müraciət etsələr də, Asif bu şəxsləri mədəni şəkildə yola verərək aparatın olmadığını vurğulayır. Onların sözlərinə görə, sonradan öyrəniblər ki, ekspeditor Asif Xətai rayonunun ərazisində pivə satışı ilə məşğul olan bir neçə sahibkarla sövdələşərək, yeni fəaliyyətə başlayan sahibkarların kafelərinə “NZS” aparatını quraşdırmaqdan boyun qaçırır. Sahibkarlar bizimlə söhbətdə bildirdilər ki, NZS pivə zavodunun sahibinin Nizami RPİ-nin rəisi Nofəl Məhərrəmov olması Bakıda çoxuna məlumdur. Və buna görə də, yeni fəaliyyətə başlayan sahibkarlar Asifin bu cür hərəkətlərindən dəfələrlə NZS pivə zavodunun rəhbərliyinə müraciət ediblər, lakin onların müraciətləri qəbul olunmadığı üçün, məcburiyyət qarşısında qalaraq, media vasitəsi ilə Nizami RPİ-nin rəisi Nofəl Məhərrəmova müraciət edirlər ki, bəlkə, polis rəisi onların problemlərinin həllində onlara yardımçı oldu. Mövzunu diqqətdə saxlayacağıq.

Sənan Məmmədli

Qafqaznews.az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR