Bizim məhbuslar komfortla yaşayır? (AUDİO)

 1-copyPenitensiar Xidmətin əməkdaşı peşəyə yararsızdır?

“Ölkədəki bütün cəzaçəkmə və istintaq təcridxanalarında 24 minə qədər məhkum var. Bu, Azərbaycanda indiyə qədər ən yüksək rəqəmdir”.

Bu bilgini parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsində keçirilən dəyimg1328002irmi masada deputat Çingiz Qənizadə açıqlayıb. Dəyirmi masada yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi məsələləri müzakirə olunub. Ç. Qənizadə deyib ki, çox məhbus həm də dövlət büdcəsindən daha çox xərclərin ayrılması deməkdir. Deputat cəza sanksiyalarında yeniliklərin ediləcəyini bildirib: “Hər bir məhkumun bir günlük xərci 10 manat civarındadır. Bu da il ərzində 80 milyon manatdan çox edir. Bizim Cinayət Məcəlləsindəki sanksiyalarda ümumiyyətlə, bununla bağlı islahatlara ehtiyac var. Bunun da nəticəsində məhkumların sayı xeyli aşağı düşəcək.

Məsələn, hazırda qüvvədə olan sanksiyaya görə, narkotikdən istifadəyə görə 2-3 il müddətinə azadlıqdan məhrumetmə tətbiq edilir. Halbuki, naseadet-benenyarli02.02.2012-300x223-1rkotik aludəçisi xəstə hesab olunur. Onun daha çox dispanserlərdə müalicəyə ehtiyacı var, nəinki məhkumluq həyatı yaşamasına” (modern.az). Kavkaznews.az saytı aydınlaşdırmaq istədi ki, əgər məhkumların gündəlik rasionuna 10 manat xərclənirsə, onlar nə yeyirlər?

“Cəzaçəkmə müəssisələrində yeməklə bağlı problem olmur. Məhkumlara ət yeməkləri, borş və balıq verirlər. Diabetiklər üçün hətta ayrıca yeməklər də bişirilir”, – deyə Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Səadət Bənənyarlı bildirib. O qeyd edib ki, İctimai Komitənin üzvləri vaxtaşırı olaraq cəzaçəkmə müəssisələrində monitorinq aparır, mətbəx və anbarlara baş çəkirlər.

“Məhbuslara həmçinin evdən göndərilən ərzaqlarla özlərinin yemək bişirməsi üçün də şərait yaradılıb”, – deyə İctimai Komitə üzvü bildirib.

“Əgər məhkumların saxlanmasına gündə 10 manat ayırılsaydı, biz analar evdən  həbsxanaya yemək daşımalı olmazdıq”, – deyə Ömürlük Məhkumların Hüquqlarını Müdafiə Komitəsinin sədri Müslimat Rzaxanova Kavkaznews.az-a bildirib. M.Rzaxanova deputat Çingiz Qənizadəyə heç olmasa bircə dəfə cəzaçəkmə müəssisələrində verilən yeməkdən dadmağı məsləhət görüb.

“Bizim uşaqlarımıza verilən çörəyi yemək mümkün deyil”, – deyə M.Rzaxanova vurğulayıb. Doğrudanmı, M.Rzaxanovanın dediyi kimi, cəzaçəkmə müəssisələrində verilən qidanı yemək mümkün deyil? Bizi maraqlandıran suala cavab almaq üçün Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinə zəng etdik. Mətbuat xidmətinin əməkdaşı ilə bizim müxbir arasında (öz ad-soyadını bildirmədi – red.) maraqlı dialoq baş tutdu:

 – Salam. Sizi Qafqaz Xəbər Agentliyindən narahat edirik. Bilmək istərdik ki, məhkumları78253B44-3CDD-406D-93CE-55B994C6E80A_w640_r1_sn gündəlik rasionu neçəyə başa gəlir?

– Bizə yazılı formada müraciət edin. Bundan başqa, biz artıq sizə demişdik ki, sizin agentliklə əməkdaşlıq etmək istəmirik.

– Məgər sizin KİV-lə əməkdaşlıqdan imtina etmək haqqınız var?

– Bəli, var. Sizin qanunsuz fəaliyyətiniz göz qabağındadır.

 – Bu və ya digər KİV-in fəaliyyətinin qanunsuz olduğunu ancaq məhkəmə müəyyən edə bilər, siz yox.

– Yaşar müəllim (Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri  Yaşar İsakov nəzərdə tazer_hasret-1utulub) sizə demişdi ki, sənədlərinizi göndərəsiniz. Siz KİV haqqındakı qanunda olan boşluqdan istifadə edirsiniz. Özünü agentlik hesab edən 187 MMC var, biz telefonda bütün suallara cavab verə bilmərik. Bu sizin üçün “Zerkalo” qəzeti deyil. Siz Ədliyyə Nazirliyində KİV kimi qeydiyyatdan keçən hüquqi şəxs deyilsiniz.

– Biz dövlət büdcəsinə vergi ödəyirik.

– Siz MMC kimi vergi ödəyirsiniz, bunun KİV-ə aidiyyatı yoxdur. Yaşar müəllim sizə hər şeyi izah edib. Mən sadəcə əməkdaş kimi deyirəm ki, yazılı formada müraciət edin.

Mətbuat Şurasının üzvü, Azərbaycan Jurnalistləri Həmkarlar İttifaqının sədri Azər Həsrət Penitensiar Xidmətinin mətbuat xidmətinin əməkdaşının sözlərini belə şərh edib:

“Mətbuat xidmətinin əməkdaşının ixtiyarı yoxdur ki, sizin suallarınıza cavab vimg1606423-300x222erməsin. Həmçinin, mətbuat xidməti əməkdaşının hansısa KİV-i qanunsuz fəaliyyətdə ittiham etməyə haqqı yoxdur”. A.Həsrət bildirib ki, əgər Qafqaz Xəbər Agentliyi qanunsuz fəaliyyət göstərsəydi, müvafiq dövlət qurumları bunun qarşısını alardılar. Mətbuat Şurası İdarə Heyətinin üzvü Zeynal Məmmədlinin fikrincə, əgər mətbuat xidməti əməkdaşı soruşulan mövzuda informasiyaya malik deyilsə, onu öyrənməyə borcludur: “Bundan sonra isə, o, sizə bu informasiyanı çatdırmalıdır”. Z.Məmmədli mətbuat xidməti əməkdaşının sözlərini bu cür qiymətləndirib: “Bu, mətbuat xidməti əməkdaşının peşəyə yararsızlığından xəbər verir. Ancaq aidiyyatı olan qurumlar qərar verə bilər ki, hər hansı KİV qanunsuz və ya qanuni fəaliyyət göstərir”.

Rəşad Rüstəmov

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR