“Azərbaycan yeni əks-hücum strategiyası hazırlayıb”

13082065_220795791627155_1642292668_nRamil Məmmədli: “Müdafiə nazirinin son toplantıdakı çıxışı yeni və daha təkmilləşmiş tədbirlər planından xəbər verir”

“Silahlı Qüvvələrimizin həyata keçirdiyi əks-həmlə zərbələri zamanı bölmələrimizin fəaliyyəti ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirildi. Dövlətimizin və xalqımızın diqqət və qayğısı sayəsində ordumuz bu uğura nail oldu”.

Bu sözləri Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov aprelin 23-də keçirilən xidməti müşavirə zamanı bildirib.

“Ermənistan 20 ildən artıqdır ki, torpaqlarımızı işğal edib və ölkəmizə qarşı yeni ərazi iddiaları ilə çıxış etməkdən əl çəkmir. Bu ölkənin cinayətkar rejimi bütün beynəlxalq norma və prinsiplərə məhəl qoymur, hər bir imkandan istifadə edərək xalqımıza qarşı təxribatlar törətməyə çalışır. Bu istiqamətdə ermənipərəst qüvvələr də ölkəmizə qarşı təzyiqlərdən çəkinmirlər. Ermənilərin dinc əhaliyə və təmas xəttindəki yaşayış məntəqlərimizə qarşı törətdiyi son əməllərinə Ordumuz tutarlı cavab verdi. 98666b4c58c87af0588cd04edc0ecfceVacib əhəmiyyətə malik yüksəklikləri azad edərək nəzarətə götürməklə cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrimizin təhlükəsizliyini tam təmin etmiş olduq. Bununla belə düşmən təxribatlarına qarşı cavab tədbirləri görməyə hər an hazır olmalıyıq. Şəhid ailələrinə və yaralılara hərtərəfli diqqət və qayğı göstərilməli, onların problemləri digər icra strukturları ilə qarşılıqlı əlaqədə həll edilməlidir. Biz bu döyüşlərdə Silahlı Qüvvələrimizin döyüş təcrübəsini təkmilləşdirərək şəxsi heyətin qələbə əzmini daha da yüksəltdik. Xalqımızın Orduya inamı artdı və vətənpərvərlik ruhunun yüksəlməsinə təkan verildi”, -nazir qeyd edib. Z. Həsənov  Silahlı Qüvvələrimizin nəyin bahasına olursa-olsun ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinə hazır olmasını şəxsi heyətin diqqətinə çatdırıb: “Bunu bizdən dövlətimiz gözləyir və xalqımız tələb edir. Bunun üçün bütün imkanlarımz var. İqtisadi, maddi, hərbi, demoqrafik və digər sahələrdə ehtiyatlarımız düşməndən qat-qat üstündür. Əsgərdən tutmuş generaladək hər birimiz torpaqlarımızın azad edilməsi yolunda üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirərək döyüşlərə hazır olmalıyıq” (mod.gov.az).

Qeyd edək ki, aprelin 2-dən 5-dək davam edən gərginliyin başlamasından 3 həftə keçir. Hazırda atəşkəs formal olaraq bərpə edilsə də, cəbhə xəttində atışmalar səngimək bilmir. “Dörd günlük müharibə” kimi yada salınan bu hərbi əməliyyatlar zamanı ölkəmizin verdiyi itkilərlə bağlı da sosial şəbəkələrdə müzakirələr hələ davam edir. Həmçinin, Ermənistanda da etiraz aksiyaları, cəmiyyətin müxtəlif təbəqələri tərəfindən hakimiyyətə tənqidlər gündəmə gəlir. Sülh prosesinin hara qədər davam edəcəyi, gərginliyin birdəfəli bitəcəyi və ya müharibənin yenidən qızışacağı barədə suallar da hələ havadadır…

ramilBu mövzuda  qafqaznews.az-a danışan ekspert, hərbi-siyasi icmalçı Ramil Məmmədli bildirib ki, hərbi əməliyyatlar zamanı Azərbaycan SQ-nin verdiyi sərt cavab Ermənistan rəhbərliyinə sarsıdıcı zərbə vurub.

“Ermənistan hakimiyyətinin cəmiyyətdəki dayaqları da zəifləmiş oldu, lakin rəsmi İrəvan öz zəilfiyini ört-basdır etməklə, xalqın qəzəbindən qaçmağa çalışır. Bizim itkilərə qaldıqda isə, cəsədlərin mübadiləsi oldu, itkin düşən əsgərlərin taleyinə aydınlıq gətirildi…. müharibədə itkilər olur. Amma onu deyə bilərəm ki, Ermənistan tərəfinin itkiləri ən az 250-300 arası oldu, yaralananların sayı isə 500-dən çoxdur. Azərbaycan ordusu düşmənin ön cinahını tamamilə darmadağın etmişdi”, – deyə Ramil Məmmədli qeyd edib.

O, Qazax və Tovuz istiqamətində də düşmən ölkənin bizi təxribata çəkməyə çalışdığını xatırladıb: “KTMT-ni, daha doğrusu, Rusiyanı da bu müharibəyə qoşmaq üçün, Ermənistan davamlı olaraq Qazax və Tovuzla həmsərhəd olan ərazilərdən mövqelərimizə atəş açır. Lakin Azərbaycan Silahlı Qüvvələri bu təxribata getmədi, əsas diqqəti Tərtər, Füzuli və Ağdam rayonlarında olan cəbhə xəttinə yönəltdi. Bu, o deməkdir ki, biz öz ərazilərimizi işğalçılardan, terrorçulardan təmizləmək niyyətindəyik. Buna dünya ictimaiyyəti də şahid oldu. AŞPA prezidenti Pedro Aqramuntun bəyanatı da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləndiyini göstərdi. Açığı, dünya ictimaiyyəti gözləyirdi ki, Azərbaycan qısa müddətdə öz ərazilərini işğaldan azad edəcək. Bunun üçün bütün lazımi şərtlər və texnikamız var idi. Ordumuzdakı və cəmiyyətimizdəki ruh yüksəkliyi də Azərbaycanın müharibəyə tam hazır olduğunu nümayiş etdirdi. Lakin Rusiyanın məsələyə qarışması prosesi yenidən ləngitdi. Hazırda formal atəşkəs hökm sürür. Lakin təxribatlar davam edir və Azərbaycan bu təxribatlara yenidən və hətta daha şiddətli cavab verməyə hazırdır”.

Ekspertin sözlərinə görə, müdafiə nazirinin son toplantıdakı çıxışı bu qənaətə gəlməyə imkan verir ki, Azərbaycan artıq yeni əks-hücum strategiyası hazırlayıb.

“Zakir Həsənovun sözlərindən bu nəticəyə gəldim ki, Ermənistanın işğala son verməyəcəyi və təxribatları dayandırmayacağı halda, yenidən əks-hücum əməliyyatlarına keçmək üçün daha təkmilləşdirilmiş tədbirlər planı hazırlanır… Hətta deyərdim ki, bu plan artıq hazırlanıb. Hərbi əməliyyatlar yenidən qızışarsa, Azərbaycan tərəfinin cavabı daha sərt olacaq”, – deyə Ramil Məmmədli vurğulayıb.

Rüfət Əhmədzadə

Qafqaznews.az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR