Azərbaycan və Rusiya FHN-lərinin bəyanatları bir-birinə uyğun gəlmir

3d71c7d4b29012f0e7c87611045263a8Xəzər dənizində Rusiya Federasiyası bayrağı altında üzən “PALFLOT 2” tankerində baş verən yanğın nəticəsində bir ekipaj üzvü ölüb, 18 nəfər təxliyə olunub. Hadisə Həştərxandan 800 km uzaqlıqda, Xəzər dənizinin Türkmənistan akvatoriyasında baş verib. 1981-ci ildə Bolqarıstanda inşa edilmiş “PALFLOT” tankerinin sahibi “Həştərxan gəmiçilik xidmət agentliyi”dir, qeydiyyat limanı isə Taqanroqdur. Türkmənistan sularında olan gəminin yanması barədə Rusiya FHN-dən bildidiblər ki, “gəmi özü yanmalıdır və rusiyalı xilasedicilər müdaxilə etməyə lüzum görməyiblər”.

Azərbaycan FHN, Dövlət Dəniz Administraiyası və Azərbaycan Dövlət Dəniz Gəmiçiliyinin birgə məlumatına görə, aprelin 23-də saat 09:35-də Azərbaycanın “Dübəndi” limanından Türkmənistanın “Alaca” limanına yüksüz gedən “PALFLOT 2” tankerində baş verən yanğın barədə SOS siqnalı alınıb. Fövqəladə Hallar Nazirliyinin “Mİ-17-1V“ və “KA-32“ helikopterləri və “Vixr-5“ gəmisi,Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Caspian Voyager”, “Caspian Protechtor”, “İslay” və “Jura” gəmiləri yanğının söndürülməsi əməliyyatını həyata keçirib (APA). Azərbaycan FHN-in yanğını söndürməkdə fəal iştirakını bildirdiyi vaxtda, Rusiya FHN-in yanğının söndürülməsinə lüzum görülmədiyi barədə açıqlamasına diqqəti çəkmək istərdik. Biz Azərbaycan FHN-in mətbuat xidmətinin rəhbəri Oqtay Bayramovun şərhini öyrənməyə çalışdıq, lakin təəssüf ki, onun mobil və iş nömrələri ilə əlaqə saxlamaq mümkün olmadı. O zaman biz Azərbaycan FHN-in qaynar xəttinə müraciət etdik. “Qaynar xətt”in əməkdaşları bizə FHN-in Növbətçi Hissəsinə zəng etməyi məsləhət gördülər. Növbətçi Hissənin Elşad adlı əməkdaşı Kavkaznews.az -a bildirdi: “Bu gün iş günü deyil, əlavə informasiyanı həftənin əvvəlində ala bilərsiniz”.

Rəşad Rüstəmov

Kavkaznews.az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR