FHN mükafat almayacaq

Bezy-myanny-j-copy-43Aprelin 23-də Kavkaznews.az saytında “Azərbaycan və Rusiya FHN-lərinin bəyanatları bir-birinə uyğun gəlmir” başlıqlı yazı dərc olunmuşdu. Yazıda Xəzər dənizində baş vermiş yanğın hadisəsi ilə bağlı Rusiya və Azərbaycan FHN-lərinin bəyatanlarındakı ziddiyyətə toxunulurdu. “Xəzər dənizində Rusiya Federasiyası bayrağı altında üzən “PALFLOT 2” tankerində baş verən yanğın nəticəsində bir ekipaj üzvü ölüb, 18 nəfər təxliyə olunub. Hadisə Həştərxandan 800 km uzaqlıqda, Xəzər dənizinin Türkmənistan akvatoriyasında baş verib. 1981-ci ildə Bolqarıstanda inşa edilmiş “PALFLOT” tankerinin sahibi “Həştərxan gəmiçilik xidmət agentliyi”dir, qeydiyyat limanı isə Taqanroqdur. Türkmənistan sularında olan gəminin yanması barədə Rusiya FHN-dən bildiriblər ki, “gəmi özü yanmalıdır və rusiyalı xilasedicilər müdaxilə etməyə lüzum görməyiblər” (lenta.ru).

Azərbaycan FHN, Dövlət Dəniz Administraiyası və “Azərbaycan Xəzər Gəmiçiliyi”nin birgə məlumatına görə, aprelin 23-də saat 09:35-də Azərbaycanın “Dübəndi” limanından Türkmənistanın “Alaca” limanına yüksüz gedən “PALFLOT 2” tankerində baş verən yanğın barədə SOS siqnalı alınıb. Fövqəladə Hallar Nazirliyinin “Mİ-17-1V“ və “KA-32“ helikopterləri və “Vixr-5“ gəmisi,Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Caspian Voyager”, “Caspian Protechtor”, “İslay” və “Jura” gəmiləri yanğının söndürülməsi əməliyyatını həyata keçirib (APA).

Məqalədə biz bu sualla çıxış etmişdik: “Rusiya tərəfinin xilas etmək istəmədiyi yanğını söndürmək Azərbaycanın nəyinə lazım idi?”. Bizə etibarlı mənbədən verilən məlumata görə, bütün məsələ gəmi sahibinin ödəməli olduğu mükafatdadır. “Beynəlxalq dəniz qanunlarına görə, gəmi sahibi yanğını söndürən quruma gəminin dəyərinin 20 faizi qədər mükafat ödəməlidir”. “Azərbaycan Xəzər Gəmiçiliyi”nin hüquq departamentinin rəis müavini Cabir Niyazov bildirib ki, yanğının söndürülməsində bu qurumun gəmiləri iştirak etsə də, şəxsi heyət FHN nümayəndələrindən ibarət olub. “Yanğını söndürməyə görə kim mükafat almalıdır? Siz, yoxsa, Fövqəladə Hallar Nazirliyi?”, – deyə soruşduq.

“Əlbəttə ki, “Azərbaycan Xəzər Gəmiçiliyi” mükafatı almalıdır”, – deyə rəis müavini bildirib. “Doğrudanmı, bu gəminin dəyərinin 20 faizi həcmində mükafat veriləcək?”, – deyə kavkaznews.az dəqiqləşdirmək istəyib. “Ola bilər ki, 20 faizdən yuxarı da olsun, aşağı da. Hazırda bu istiqamətdə danışıqlar gedir”, – Cabir Niyazov qeyd edib.

Rəşad Rüstəmov

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR