13 yaşlı uşağın inanılmaz cinayəti – Əmisinin arvadını pis vəziyyətdə qoydu-VİDEO

СнимокEv yaran azyaşlı: “Uşaqlar başımı tovladılar”

Bakıda qonaq olan azyaşlı evləri soydu.
Binəqədi rayon polis idarəsinin əməliyyatçıları ərazidə baş verən iki oğurluq hadisəsinin üstünü açıb. Araşdırmalar zamanı oğurluq hadisələrinin paytaxta qonaq gələn azyaşlı tərəfindən törədilməsi müəyyənləşdirilib.

İki mənzilin qarət olunması barədə məlumat Binəqədi rayon polis idarəsinə Daxili işlər nazirliyinin 102 xidmətindən daxil olub. Mənzillərdən birindən qızıl-zinət əşyaları, digərindən isə pul aparılıb. Araşdırmalara başlayan binəqədi rayon polis idarəsinin əməliyyatçıları oğurlanan qızıl-zinət əşyalarının qızıl alveri ilə məşğul olan dükanlardan birinə təhvil verilməsini müəyyənləşdiriblər. Qızılı təhvil verən 21 yaşlı xanım şəxsiyyət vəsiqəsini təqdim etdiyindən onun kimliyini müəyyənləşdirmək çətin olmayıb.
Saxlanılaraq polis şöbəsinə gətirilən xanım iki gün əvvəl qızıl dükanına sırğa təhvil verməsini gizlətməyib. Xanım polislərə bildirib ki, rayonda yaşayan qayını ailəsi ilə birlikdə qohumlardan birinin toy məclisində iştirak etmək üçün Bakıya gəlib. Toydan sonra qayının 13 yaşlı oğlu bir neçə gün əmisinin evində qalmaq istədiyini bildirib. Valideynlər uşağı Bakıda qoyub, rayona qayıdıblar. Səhərisi gün 13 yaşlı uşaq əmisi arvadına yaxınlaşaraq, rayondan qızıl sırğa tapdığını deyib. Daha sonra isə tapıdığı sırğaları satmaqda kömək istəyib.
Saxlanılan azyaşlı: “Uşaqlar başımı tovladılar. Evə günorta girdim, qapı da bağlı idi. Pul və qızılları götürüb çıxdım”.
Saxlanııan qadın: “Bir gün gəldi ki, heç kimə demə, özümlə rayondan qızıl gətirmişəm, ordan tapmışam. And içdi ki, qızılları tapmşam, oğruluq deyil. mən də ona inandım, aparıb satdıq, pulu da özünə verdim ki, əyin-baş alsın”.
21 yaşlı xanım qayını ilə əlaqə saxlamadan sırğaları aparıb, qızıl dükanına təhvil verib. Satdığı sırğaların oğurluq olmasını Binəqədi rayon polis idarəsinə dəvət olunanda bilib. Oğurlanan qızıl sırğalar aşkar edilərək götürülüb. Oğurluq hadisəsini törətməkdə şübhəli bilinən azyaşlının validenləri də polis idarəsinə dəvət olunublar. Faktla əlaqədar başlanan araşdırmalar davam edir. (Region TV)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR