Girovluqda ölüdürlən Həsən Həsənovun qardaşı: O dəfn olunubmu?

1“Bizim heç bir maddi marağımız yoxdur”.

Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyində olduq. Komitənin rəhbəri Dəniz Duran və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bizimlə görüşdü. Söylədikləri yalnız ondan ibarətdir ki, “dialoqlar davam etdirilir, Həsənin meyitinin geri qaytarılması üçün iki dövlət razılığa gəlməlidir.

Qafqaznews.az xəbər verir ki, bu barədə Modern.az-a işğal altındakı Kəlbəcər rayonunda ermənilərə girov düşən, sonra öldürülərək Dağlıq Qarabağda dəfn olunan Həsən Həsənovun qardaşı Nail Həsənov məlumat verdi.

Nail Həsənovun bildirdi ki, Qızıl Xaç nümayəndəliyindən bir tələbi var:  “Heç olmasa Həsənin dəfn olunduğu yerin şəklini göstərsinlər. Axı, Qızıl Xaç Komitəsinin belə bir səlahiyyəti var. Deyirlər müvafiq qaydalara uyğun dəfn olunub. Əgər əlimizdə bir video, ya bir foto yoxdursa, mən necə əmin olum ki, qardaşım həqiqətən qaydalara uyğun dəfn olunub. Ümumiyyətlə, dəfn olunubmu?”.

Onun sözlərinə görə,  baş nazirin müavini Əli Həsənov Həsənin ailəsini daim diqqətdə saxlayır, tez-tez onlarla maraqlanaraq təsəlli verir. Bununla yanaşı, Nail Həsənov Həsənin uzun illər birgə çalışdığı Vahid Hüseynovdan narazılığını dilə gətirdi: “Qardaşım uzun illər onun sürücüsü olub, onunla işlədiyinə görə, xeyir-şərinə də gedə bilməyib. Amma həmin şəxs indi bir dəfə də olsun Həsənlə maraqlanmır. Bizim heç bir maddi marağımız yoxdur. Sadəcə mənəvi dəstək gözləyirik”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR