Bakı metrosunda HƏYƏCAN

metro_tunel_000Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində 10 dəqiqəyə qədər gecikmə olub.

Qafqaznews.az bildirir ki, bu barədə publika.az-a sərnişinlər məlumat verib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin publika.az-a verdiyi məlumata görə, gecikməyə səbəb “Həzi Aslanov” stansiyasından “İçərişəhər” istiqamətində hərəkət edən 4 saylı marşrutda baş verən nasazlıqdır.

“Qatarda nasazlıq aşkarlandığına görə “Qara Qarayev” stansiyasından depoya göndərilib. Daha sonra əlavə qatar xəttə buraxılıb. Bu da müəyyən gecikməyə səbəb ola bilər. Hazırda qatarlar qrafik üzrə hərəkət edir”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR