Müşavir-diplomat Zahid Yusifoğlu Hüseynzadənin şəxsi kitab kolleksiyasının təqdimatı keçirilib

Foto-1Mərkəzi Elmi Kitabxanada müşavir-diplomat Zahid Yusifoğlu Hüseynzadənin şəxsi kitab kolleksiyasının təqdimatı keçirilib. Kolleksiya ilə bağlı MEK-in Şərq Ədəbiyyatı Fondunun rəhbəri Aidə Hüseynova təqdimatla çıxış edib.

Mərkəzi Elmi Kitabxanadan verilən məlumata görə Qafqaznews.az-a Z.Hüseynzadənin şəxsi kitab kolleksiyasının fonda 1984-cü ildə daxil olduğunu bildirən A.Hüseynova kolleksiyada 1917-1980-ci illərdə türk, ərəb və avropa dillərində çap edilmiş 467 nüsxə nəşr nümunəsinin olduğunu bildirib. Qeyd edib ki, kolleksiyanın biblioqrafik siyahısı 1985-ci ildə tərtib edilərək 100 nüsxə tirajla nəşr olunub.

Fond rəhbəri onu da vurğulayıb ki, sözügedən kolleksiya gənc alim və tədqiqatçıların tələblərini ödəyə biləcək çox qiymətli elmi və bədii əsərlər, o cümlədən qədim tarixi olan nüsxələrlə zəngindir.

Təqdimatda A.Hüseynova kolleksiyaya aid türk dilində olan ədəbiyyatlardan Əbdülbaki Gölpınar, Əhməd Ağaoğlu, Namiq Kamal və Nazim Hikmətin, ərəb dilində olan ədəbiyyatlardan Əhməd Şövqi və Mahmud Teymurun, avropa dillərində olan ədəbiyyatlardan T.F.Mitçel, El-Mandaravi, N.Salamat, Mahmud Mohamed Salem və digərlərinin müəllifi olduğu kitabların adlarını çəkib.

Sonda kolleksiyaya daxil olan ədəbiyyatların MEK-in oxucularına daha geniş şəkildə təqdim edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər irəli sürülüb.

Foto-2 Foto-3 Foto-4

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR